Sabiq baş nazir və qızı həbs edildi » Ulu Yol Xəbər portalı

                Sabiq baş nazir və qızı həbs edildi

 

Pakistanın sabiq baş naziri Nəvaz Şərif və qızı Məryəm Şərif Lahorun hava limanında həbs ediliblər.

 

Əməliyyatı Milli anti-korrupsiya şöbəsinin əməkdaşları həyata keçiriblər. Həbs edilənlər təyyarə ilə İslamabada göndəriliblər.

 

Nazirlər Kabinetinin sabiq başçısı və qızı təyyarələri Pəncabın paytaxtında yerə enəndən dərhal sonra saxlanılıblar.

 

Nəvaz və Məryəm Şərif iyunun 15-dən Londonda qalmaq məcburiyyətində olublar. Səbəb isə Nəvaz Şərifin xərçəngdən əziyyət çəkən həyat yoldaşı Gülsüm Nəvazın səhhətinin kəskin pisləşməsi olub.(virtualaz.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300