Adnan Oktarın Azərbaycandakı tərəfdarları da həbs oluna bilər - Səfir » Ulu Yol Xəbər portalı

                 Adnan Oktarın Azərbaycandakı tərəfdarları da həbs oluna bilər -Səfir

 

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul dövlət çevrilişinin 2 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2 gün öncə Türkiyədə həbs olunan Adnan Oktarın Azərbaycandakı üzvlərinə qarşı da əməliyyat aparıla biləcəyini bildirib.

Səfir qeyd edib ki, hazırda məhkəmə prosesi davam edir, konkret qərar yoxdur:

"Araşdırmaların nəticəsindən asılı olaraq bu proses Azərbaycan və digər ölkələrdə də aparılacaq. Hesab edirəm ki, FETÖ-yə qarşı mübarizədə olduğu kimi, Adnan Oktarla bağlı məsələ də qarşılıqlı olaraq həll olunacaq. Türkiyə dövlətinə qarşı hər bir təhdiddə Azərbaycan dövləti yanımızda olub, bundan sonra da olacağına inanırıq”.

Səxavət Məmməd, yenicag.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300