"İdeal”dan vaxtı keçmiş məhsullara saxta endirim – Fotofakt

 

Şəhərimizdə barmaqla sayılacaq qədər böyük kosmetika satılan mağazalar var. Hər dəfə əlamətdar günlər olanda bu mağazalardan müxtəlif endirim təklifləri ilə bağlı mesajlar alırıq. Heç nəyi düşünmədən mağazaya yollanıb, kosmetik vasitələrin endirimindən yararlanmağa çalışırıq. Amma aldığımız məhsulun keyfiyyətinə, istifadə müddətinə heç baxmırıq. Dəfələrlə parfumeriya mağazalarından aldığı məhsula görə şikayət edən müştərilər olub. Kimi aldığı bahalı ətirin keyfiyyətinin olmadığını, kimi də məhsulun iyinin qalmadığını bildirib.

Uluyol.az xəbər verir ki, Axşam.az-a şikayət məktubu yazan Rəna Kərimova adlı xanım da "İdeal” parfumeriya mağazasının saxtakarlığından narazıçılıq edib.

R.Kərimova bildirib ki, 26 iyul Silahlı Qüvvələr günü münasibətilə mağazada bir neçə gün endirim olacağı haqda xəbər tutub. "Gənclik mall”da yerləşən "İdeal”a yollanan müştəri bədən üçün duş geli alıb. Evə gələndə isə onun istifadə müddətinin bitməsinə bir neçə gün qaldığını görüb.

"40 faiz endirim qoyulmuşdu. Dedim ki, eybi yox, istifadə edim. Amma bədənimə vuran kimi allergiya oldu, qızarıb qaşınmağa başladı. "İdeal”ın endirimə qoyduğu məhsullara diqqətlə baxılmalıdır. Vaxtının bitməyinə 5-6 gün qalmış məhsulları yığıb belə endirim edib, insanları aldadırlar. Başqa rəfiqəm də mənlə birlikdə məhsuldan almışdı. O, aparıb geri qaytarmaq istəyəndə isə belə bir xidmətlərinin olmadığını deyib, etiraz bildiriblər. Rəfiqəm göstərib ki, istifadə müddəti bir neçə günə bitir. Deyiblər ki, nə olsun, istifadə edin o vaxta kimi” deyə, müştəri sözlərinə əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300