"Qarabağ"Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

 

"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Sloveniya çempionu "Olimpiya" ilə I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Lyublyanadakı "Stojitse" stadionunda baş tutmuş qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 79-cu dəqiqədə rəqib qapısı qarşısına ötürmədən sonra Donald Gerrye vurub. 85-ci dəqiqədə isə İssa Abass Bədavi Hüseynova bilərəkdən zərbə endirdiyi üçün qırmızı vərəqə alıb. Uzatma dəqiqələrində isə Qara Qarayev ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. Bununla belə, sloveniyalıların cəhdləri nəticə verməyib. Beləliklə, səfərdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" iyulun 18-də Bakıda keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300