Azərbaycan vətəndaşının üzərində güclü təsiredici maddə aşkar edilib

 

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı, xanım vətəndaşın üst paltarlarının altında, bədənin aşağı ətraflarında - bud nahiyələrinə yapışqanlı lentlə sarınmış vəziyyətdə 100 ədəd 10 ml-lik flakonda "Mydrax 1%" adlı - təsiredici maddəsi tropikamid olan dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tropikamid "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir və aşkar olunan 100 ədəd flakondakı məhlulun tərkibində tropikamidin təsiredici maddəsinin ümumi miqdarı 10,0 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300