İran nə edir etsin, öz azadlığımızı əldə edəcəyik-Faiq Ələkbərli

 

Güney Azərbaycanda iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşü ərəfəsində çox sayda milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

 

Məsələ ilə bağlı Faktor.az saytına açıqlama verən Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini Faiq Ələkbərli bildirib ki, soydaşlarımıza qarşı edilən hqasızlıqlar insan hüquqlarının kobud şəkildə pozulmasıdır:

 

 

"Azərbaycanlı soydaşlarımız hər il mümkün olduğu qədər Babək qalasına yürüş etməyə çalışır. Son zamanlar Azərbaycan türkləri ana dili haqları ilə yanaşı, mədəni haqları üçün mübarizə aparmaqları ilə də gündəmdədirlər. İndiki İran dövlətinin təmsilçiləri buna qarışır. Soydaşlarımızı təqib, həbs və eyni zamanda edam edirlər. Onlar bununla insanların mübarizə ruhunu öldürmək istəyir. Soydaşlarımızın öz ana dillərini tələb etməsi, eyni zamanda Babək qalasına yürüş keçirməsi onların təbii haqlarıdır. Azad İran İslam Respublikasını idarə edənlər isə başqa cür düşünür.

 

Onlar hesab edir ki, Azərbaycan türklərinin bu çıxışları rejimin əsaslarını sarsıdır. Bütün hallarda soydaşlarımız öz tələblərində haqlıdırlar. Onları bu edam, təqib və həbslər qorxutmur. Soydaşlarımız öz vətənlərində hüquqlarını tələb edib, yaşamaq haqlarına sahibdir və bunu əldə edəcəklər. İran İslam Respublikasının yaşı heç 40 deyil. Demək istədiyim odur ki, onlar insanların ən azından öz mədəni haqlarını, ana dilində təhsil almaq hüqularını nəzərə almalıdırlar. Konustitusiyada da bu öz əksini tapmışdı, lakin qanun qəbul edilmədi. Biz Azərbaycan Ocaqları olaraq, baş verənlərə qarşıyıq. Hesab edirik ki, Azərbaycan türklərinə qarşı olan bu haqsızlıqlar, onların edam olunması, həbs olunması haqsızlıqdır və gün gələcək biz öz azadlığımızı əldə edəcəyik".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300