Ərdoğanın əmlakı açıqlanıb, onun 427 min dollar borcu var

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bank hesabında olan pulunun məbləği və sahib olduğu əmlak açıqlanıb.

"Report” xəbər verir ki, "Resmi Gazete” iyunun 24-də keçirilən növbədənkənar prezident seçkisinin yekun nəticələri ilə yanaşı seçkinin qalibi olan R.T.Ərdoğanın əmlakı barədə məlumat da dərc edib.

R.T.Ərdoğan 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının sədri olarkən, əmlakı haqqında bunları bəyan edib: Bolluca da 376 kv metr, Rizə əyalətinin Güneysu bölgəsində 2 min kv metr torpaq sahəsi, şirkət oraqlığı 12 faiz (95 min lirə təxminən 20 min 285 dollar), şirkət ortaqlığı 12 faiz (25 min lirə təxminə 5338 dollar), şirkət ortaqlığı 12 faiz (1000 lirə təxminən 214 dollar), 340 min dollar, 130 min alman markası, 174 ədə Cümhuriyytə qızılə.

Türkiyə prezidentinin hazırda 6 milyon 347 min türk lirəsi nağd pulu (1 milyon 355 min 270 min dollar) olduğu açıqlanıb. O, 2017-ci ildə əmlakına Üsküdarda 4 milyon türk lirəsinə (855 min dollara) aldığı yaşayış yerini də daxil edib.

Rəsmi məlumata görə, R.T.Ərdoğanın Mehmet Gür adlı iş adamına 2 milyon türk lirəsi (427 min dollar) borcu var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300