Ölüm kamerasında asılmağı gözləyən İŞİD-çilər:"Azərbaycanlı qadınlar da burada olub..."

 

Britanianın "Daily Mail” qəzetinin reportyoru İraqda, Bağdad həbsxanasında asılmağı gözləyən yüzlərlə İŞİD-çinin saxlanıldığı ölüm kamerasına baş çəkib. İlk dəfədir İraq hakimiyyəti bu həbsxanaya jurnalistin keçməsinə icazə verir.

Virtualaz.org xəbər verir ki, britaniyalı jurnalist hazırda həmin kamerada 250-dən çox İŞİD üzvünün asılmaq üçün növbə gözlədiyini yazıb.

Belələrindən biri Səddam Kərim Salemdir. O, həvəslə jurnalistə İŞİD üçün dəfələrlə necə bomba hazırladığını izah edir. Bombanın hissələrini göstərərək müstəntiqə deyir ki, bu qurğunu mobil telefonla işə salmaq olur.

"Telefon zəngi gələn kimi iki saniyədən sonra bomba işə düşür”-terrorçu izah edir.


 

Salem deyir ki, onun hazırladığı qurğu sonuncu dəfə 20-yə yaxın adam, o cümlədən amerikalı əsgərləri öldürüb. Nəzarətçi isə düzəliş verir-ölənlərin sayı daha çox olub. 29 yaşlı Salem bu sözləri edam olunmazdan azəvvəl deyib. Ötən həftənin cümə günü onu bir qrup İŞİD terrorçusu ilə birlikdə asıblar.

Həbsxanada çoxlu sayda qadın da saxlanılır, onlar azyaşlı uşaqlarını tez-tez özlərinə sıxırlar. Cihadda ittiham olunan bu qadınların günahları sübut edilsə onları da dar ağacə gözləyir.

İki ay əvvəl bu həbsxanada Azərbaycandan olan 6 və Tacikistandan olan 4 qadın da edam edilib. Bağdadın Nəsiriyyə həbsxanasında terrorçuların normal şəraitdə saxlanıldığını dünyaya göstərmək üçün İraq hakimiyyəti ilk dəfə xarici jurnalisti ora buraxıb. Həbsxana ətrafında çoxsaylı blok-postlar, snayper postları, hərbçilər yer alır. Yaxınlıqdakı aerodromda F-16 təyyarələri düzülüb.


 

Həbsxanada cəmi 500-ə yaxın məhbus var, onların yarısı ölüm kamerasında saxlanılır. Çünki ölüm cəzası alıblar. İraq hakimiyyəti İŞİD-in məğlub edilməsindən sonra bu terror qruplaşması ilə bağlı olan 20 minə yaxın adamı həbs edib.

Jurnalist ölüm kamerasında saxlanılan məhbusların bir neçəsi ilə söhbətləşib, onların bioqrafiyasını araşdırıb. Bunlar dəfələrlə terror aktları törədib çoxsaylı mülki sakini, hərbçiləri və polisləri öldürənlərdir. Məhbuslar arasında xarici vətəndaşlar da var.

İki gün əvvəl İraq Daxili İşlər Nazirliyi Bağdad həbsxanasında 13 İŞİD üzvünün asıldığını elan edib və onların fotolarını yayıb. İraq hakimiyyəti edam cəzalarının icrasını sürətləndirməyə çalışır. Çünki məhbusların sayı çoxdur...

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300