Tramp və Putin niyə məhz Helsinkidə görüşməyə qərar verdilər?

 

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vlaidimir Putin iyul ayının 16-da, Finlandiyanın paytaxtı Helsinki şəhərində ikitərəfli münasibətlər çərçivəsində, dövlət başçıları səviyyəsində ilk rəsmi görüşlərini keçirəcəklər.

Bundan öncə görüşün harada keçiriləcəyi mövzusu jurnalistlər üçün ayrıca maraq mövzusuna çevrilmişdi. Məlum olduğu kimi, Tramp öncə Vladimir Putini Vaşinqtona dəvət etmiş, onunla Ağ Evdə görüşmək istəmişdi. Rusiya tərəfinin bu təklifə soyuq yanaşması səbəbindən bu dəfə Vyana variantı ortaya çıxmışdı.

Nəhayət, prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Moskva səfərində hər iki tərəf görüş yerini dəqiqlədirə biliblər - Helsinki.

ABŞ-ın həftəlik "Time” jurnalının şərhçisi Billi Perriqo prezidentlərin məhz bu şəhərə üstünlük verməsini bir neçə səbəblə bağlayır.

1975-ci ildə ABŞ prezidenti Cerald Ford sovet lideri Leonid Brejnevlə məhz bu şəhərdə görüşüb. Həmin vaxt iki ölkə rəhbəri soyuq müharibənin ən qızğın çağında kommunist və kapitalist dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması yolunda birgə səylər haqqında bəyannamə imzalayıblar.

Image result for tramp putin

 

"Doğrudur, hazıkı məqamda ABŞ və Rusiya arasında münasibətlər o qədər də düşmənçilik xarakteri daşımır. Lakin hər halda Helsinkinin tarixi onları bu şəhəri seçməyə sövq edib”,- müəllif bildirir.

1990-cı ildə, Sovet İttifaqının dağılması ərəfəsində ABŞ prezidenti Corc Buş Mixail Qorbaçovla İran körfəzində yaranan böhranı müzakirə etmək üçün yenə də Helsinkidə bir araya gəlib.

Müəllifin fikrincə, Finlandiyanın NATO-ya daxil olmaması Trampa özünəməxsus simvolik jest etmək imkanı verib. Bu cür jestlərin beynəlxalq münasibətlərdə əhəmiyyəti olduqca böyükdür. Yəni ABŞ prezidenti Rusiya lideri ilə görüşmək üçün NATO ərazisini tərk etməyə belə hazır olduğunu ifadə edir.

Sammitə bir neçə gün qalmış Ağ Evin rəhbəri NATO zirvə toplantısında iştirak etmək üçün Brüsselə yola dşüəcək, oradan isə Böyük Britaniyaya keçəcək. Məntiqli olaraq bu Tramp və Putin arasındakı görüşü daha anlamlı hala gətirir.

Bundan başqa, Rusiyada keçrilən futbol üzrə dünya çempionatı da iyulun 15-də başa çatır. Helsinki isə Moskvadan cəmi iki saatlıq uçuş məsafəsində yerləşir. Yəni Putin final oyunundan sonra rahatlıqla görüşə gələ biləcək.

Müəllifin yazıdğına görə, Rusiyanın hiyləgər lideri bundan təbliğat gedişlərini həyata keçirmək üçün istifadə edə bilər .
Belə ki, o, Rusiyada keçirilən və hər kəsin diqqət mərkəzində olan futbol üzrə dünya çempionatını qapadıqdan cəmi bir gün sonra Donald Trampla müzakirələrə başlayacaq.

Həmin görüşün də qlobal medianın bir nömrəli mövzusuna çevriləcəyi heç kimdə şübhə doğurmur...


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300