Böyrəklər üçün ən təhlükəli5 məhsul

 

ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib.

Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur.

Saglamolun.az bildirir ki, alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir.

İkinci yerdə qırmızı ətdir. Mütəxəssislər böyrəklərin sağlamlığını qorumaq üçün qırmızı ətin istehlakını azaltmağı tövsiyə edirlər.

Növbəti ziyanlı məhsul duzdur. Duz orqanizmdə mayeni saxlayır ki, bu da böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Dördüncü ziyanlı məhsul çaydır. Çaydan sui istifadə böyrəklərə ziyan vurur.

Sonuncu təhlükəli məhsul şirin qazlı içkilərdir. Bu içkilər qanda kalsiumun səviyyəsini artırır ki, bu da böyrək daşı xəstəliyinin inkişafna təkan verə bilər. Bəzi elmi araşdırmalar göstərir ki, şirin qazlı içkilərin çoxlu miqdarda istehlakı hətta böyrək çatışmazlığına gətirib çıxarda bilər.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300