"Azərxalça”ya yeni mətbuat katibi təyin olunub

 

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni mətbuat katibi təyin olunub.

"Report"un məlumatına görə, bu vəzifəyə Tural Səfərov gətirilib.

Qeyd edək ki, T.Səfərov 1984-cü ildə anadan olub. Əmək fəaliyyətinə Naxçıvan Dövlət Televiziyasında redaktor olaraq başlayıb. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqram buraxılış və əlaqələndirmə direksiyasının direktoru olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi işləyib, həmçinin bir müddət mətbuat şöbəsinin müdiri vəzifəsini əvəz edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan "Şərq qapısı” qəzetinə baş redaktor təyin edilib. Eyni zamanda "Cahan Press" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru olub.

Xatırladaq ki, "Azərxalça”nın mətbuat katibi vəzifəsində əvvəllər Ləman Ələşrəfqızı çalışıb. "Real" televiziyası fəaliyyətə başlayandan sonra o, bu telekanala keçib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300