Yunan borc böhranı bitdi – AB

 

Yunan borc böhranı başa çatıb.

Axar.azxəbər verir ki, bu barədə məlumatı öz Tvitter səhifəsində Avropa Komissiyasının İqtisadiyyat və Maliyyə üzrə komissarı Pyer Moskovisi yayıb.

"Bu gün 8 ildir davam edən böhran Yunanıstan və simvolik olaraq Avrozona üçün başa çatıb” – deyə o bildirib.

Avroqrupun rəhbəri Mario Senteno isə Yunanıstana üçüncü və sonuncu makromaliyyə yardım paketinin bitdiyini bəyan edib. O, kreditlərin ödənilməsinin 10 il müddətinə uzadıldığını, ölkəyə 10 il müddətinə faizlərin ödənilməsi üçün güzəştlərin təqdim edildiyini və sonuncu 15 milyard avroluq yardım paketinin razılaşdırıldığını bildirib. Afinaya təqdim edilən maliyyə güzəştlərinin 96,6 milyard avroluq makromaliyyə kreditlərinə aid ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Yunanıstanın 2010-cu ildə istifadəyə verilən maliyyə yardımı proqramın çıxması şərtləri dünən Avrozona ölkələrinin maliyyə nazirlərinin görüşündə razılaşdırılıb. Afinaya göstərilən xarici maliyyə yardımları indiyə qədər Avrozona ölkələrinin 2008-ci il maliyyə böhranından sonra təşkil etdikləri ən uzun müddətli yardım paketi olub. Nəticədə 8 il ərzində Afina üç maliyyə proqramı çərçivəsində Avrozonadan 240 milyard avro borc alıb.

Yunanıstan 2008-ci ildən etibarən həyata keçirəcəyi sərt reformlar qarşılığında böyük kreditlər almağa başladı ki, bu da sonradan ölkənin öz borcunu geri qaytarmasında böyük problemlər yaratdı. Nəticədə ölkənin ümumdaxili məhsulu 25%-dən çox, əhalinin gəlirləri isə 40%-dən çox azaldı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300