Hərbi paradda daha bir yenilik -Türkiyə hərbçiləri 100 il sonra Bakıda keçid edəcəklər

 

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda bir sıra yeniliklər olacaq.

Musavat.com xəbər verir ki, paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi keçid edəcək.

Türkiyə Silahlı Qüvvələrinin bölməsi paradda Azərbaycan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin heyətindən sonra tribuna önündən addımlayacaq.

Paradda iştirak edən Türkiyə hərbçiləri Bakıya iyunun 20-də gəlib.

Paradda Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin də qonaq qismində iştirakı gözlənilir.

Qeyd edək ki, bu Türk hərbçilərinin Bakıda 100 il sonra iştirak etdiyi ikinci hərbi paraddır. 1918-ci ilin sentyabr ayında, Bakı şəhəri bolşevik-daşnak qüvvələrindən azad ediləndən sonra keçirilən hərbi paradda Osmanlı hərbçiləri iştirak ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300