Ramazan bayramı günlərində İsmayıllıya 5 mindən çox turist gəlib

 

Zəngin flora və faunası, qədim və orta əsrlərə aid tarixi abidələri ilə tanınan İsmayıllı rayonu istər yerli, istərsə də xarici turistlərin maraq göstərdiyi bölgələrdəndir. Təsadüfi deyil ki, rayona gələn turistlərin sayı ildən-ilə artır. Təkcə Ramazan bayramı günlərində rayona 5 mindən çox turist gəlib. Bu, ötənilki bayram günlərində gələn turistlərin sayından 15 faiz çoxdur.

İsmayıllı Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bayram günlərində bütün turizm mərkəzləri, o cümlədən "Qız qalası”, "Qızıl qaya”, "Narniya” yerli və xarici turistlərlə tamamilə dolmuşdu. Xeyli sayda turist isə Xanagah, Aşağı Cülyan, Buynuz kəndlərində fərdi evlərdə qalıb.

Qeyd edək ki, İsmayıllıda 220-dən çox tarix və mədəniyyət abidəsi vardır ki, onlardan 32-si ölkə, qalanları isə yerli əhəmiyyətlidir. Dünya əhəmiyyətli Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu bu gün turistlərin maraq göstərdikləri əsas məkandır. Elə buna görədir ki, Ramazan bayramı günlərində Lahıca 3 min nəfərdən çox turist gəlib. Gələnlər arasında yerli turistlərlə yanaşı, Almaniyadan, Fransadan, İngiltərədən olan ziyarətçilər də var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300