ABŞ Konqresində Azərbaycana sanksiya təklifi: dini azadlıqlara görə

Respublikaçı Partiyanın Missisipi senatoruRocer VikerABŞ Konqresinə yeni qanun layihəsini təqdim edib.

 

Qaynarinfo xəbər verir ki, senator Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukraynadakı separatçı rus qüvvələrini hədəf alıb. Bu ölkələrə qarşı sanksiya təklif edən Viker bildirir ki, siyahıda adı olan ölkələr dini azadlıqlara hörmətlə yanaşmır. Rocer Viker "Xüsusi olaraq izlənilən ölkələr siyahısı" yaradılmasını, Azərbaycanın da daxil olduğu ölkələrin bu siyahıda yer almasını istəyir.

 

Qanun layihəsinə Demokratlar Partiyasından "New Hapshire" senatoru Ciin Şaheen, Respublikaçılardan Şimali Karolina senatoru Tom Tillis, Arkanzas senatoru Con Buuzman, Kolorado senatoru Kory Qardnervə Oklahama senatoru Ceyms Lankford dəstək verib.

 

Təklifdə adı çəkilən ölkələrin dini və digər azadlıqlar əleyhinə hərəkət etdiyi vurğulanır və layihə azadlıqları məhdudlaşdıran ölkələrə qarşı addım kimi qiymətləndirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300