Əflatun Amaşov jurnalisti söyən generalı qınadı                             

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov«Bizim yol» qəzetinin əməkdaşı Əli Cahangiroğlunun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyev tərəfindən təhriq olunması ilə bağlı məsələyə özününfacebook səhifəsində yazdığı statusunda münasibət bildirib.

Musavat.com həmin statusu olduğu kimi təqdim edir:

 

Həmin statusu olduğu kimi təqdim edirik:

"Vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. Buna görə də «Bizim yol» qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır.

Biz hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq «Bizim yol» qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var.

Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır. Düşünürəm ki, Ərzuman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır."

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300