Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq - QANUN DƏYİŞDİ » Ulu Yol Xəbər portalı

           Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq -QANUN DƏYİŞDİ

 

"Beynəlxalq olimpiadalarda qalib olanlara dövlət ali məktəblərində istədikləri ixtisasda təhsil almaq imkanı yaradılacaq”.

 

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili İsa Həbibbəyli "Təhsil Haqqında” qanun layihəsinə dəyişiklikdən danışarkən deyib.

 

Onun sözlərinə görə, bu dəyişikliyin mahiyyəti həmin gənclərin xaricə axınının qarşısını almaqdır:

 

"Beynəlxalq olimpiadalarda ali məktəbə qəbul olanların əksəriyyəti yerli ali məktəblərə deyil, xarici universitetlərə üz tuturdular. Bunun səbəbi həmin şəxslərin yalnız müsabiqədən qalib olduqları sahələr üzrə müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi idi. Bu dəyişiklikdən sonra beynəlxalq olimpiadanın qalibləri olan şagirdlərimizə istənilən ixtisas üzrə müsabiqədənkənar təhsil almaq imkanı yaradılır. Respublika üzrə olimpiadaları həvəsləndirmək üçün onların ali məktəblərin qalib olduğu ixtisas üzrə müsabiqədənkənar ixtisas üzrə təhsil almasına imkan yaradılır. Bunların sayı çox deyil. Bu qanunu qəbul etməklə, həmin dəyərli gənclərin ölkədə təhsil almasına imkan yarada bilərik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300