Tramp: “Nüvə təhlükəsi aradan qalxanadək Şimali Koreyaya qarşı sanksiyalar davam edəcək” » Ulu Yol Xəbər portalı

             Tramp: "Nüvə təhlükəsi aradan qalxanadək Şimali Koreyaya qarşı sanksiyalar davam edəcək”

 

"Biz bu gün hərtərəfli əməkdaşlığa dair saziş imzaladıq və düşünürəm ki, Kim Şimali Koreyaya çatanda prosesə tezliklə başlayacaq”.

APA-nın "Foxnews"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Sinqapurda Şimali Koreya lideri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

D. Tramp bildirib ki, Kim Çen Inın ölkəsi üçün yaxşı gələcək yaratmaq şansı var: "Hamı müharibə edə bilər, amma ən cəsarətli şəxslər sülh yarada bilər. Biz yeni tarix üçün hazırlıq gördük. Biz yeni səhifələr yazmağa hazırıq. Keçmiş gələcəyi müəyyən etməməlidir. Bu, dünyanın tarixində ən mühüm anlardan biridir”.

D. Tramp qeyd edib ki, Kim Çen In bu cür danışıqları başlatmaq üçün ondan əvvəlki ABŞ prezidentlərinə etimad göstərmədiyini söyləyib. O, görüş və anlaşmanın Şimali Koreya qədər ABŞ üçün də önəmli olduğunu vurğulayıb.

Bununla belə, D. Tramp Şimali Koreyaya qarşı sanksiyaların davam edəcəyini deyib. Onun sözlərinə görə, nüvəsizləşmə uzun prosesdir: "Şimali Koreyaya qarşı tətbiq edilmiş sanksiyalar nüvə təhlükəsinin aradan qalxdığına əmin olduğumuz zaman ləğv ediləcək. Mən sanksiyaları ləğv edəcəyim anı səbirsizliklə gözləyirəm”.

D. Tramp Şimali Koreyalı həmkarına həqiqətən də güvəndiyini etiraf edib: "Bəli, Kimlə görüşmək böyük məsuliyyət idi. Amma bu, hər birimiz üçün yaxşı oldu. Mən Kimə inanıram. Düşünürəm ki, o bu razılaşdıqlarımızın gerçəkləşməsini istəyir”.

O, 70 ildən artıqdır, davam edən Koreya müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini deyib.

ABŞ prezidenti Sinqapura bu sammitə uğurla ev sahibliyi etdiyi üçün təşəkkürünü çatdırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300