Təhsil İdarəsindən "Son zəng” açıqlaması: məktəb daxilində və iki saat...

İyunun 14-də bütün məktəblərdə "Son zəng” tədbiri keçiriləcək. Tədbir yalnız məktəb daxilində olmalı və iki saat davam etməlidir.

 

Uluyol.az-ın report-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiriMəhəbbət Vəliyevadeyib.

 

"Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müvafiq orqanlara şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edilib. Builki "Son zəng” tədbirləri də yüksək səviyyədə keçiriləcək”, - o qeyd edib.

 

Məhəbbət Vəliyeva bildirib ki, bu il Bakı məktəblərini 26 min nəfərdən çox XI sinif şagirdi bitirəcək:

 

"27 min nəfərdən çox isə IX sinif şagirdləri orta təhsillərini tamamlayır. İyunun 21-də Bakıda həm IX, həm də XI siniflərdə buraxılış imtahanları keçiriləcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300