Qusarda 32 yaşlı kişi itkin düşüb

 

Qusar rayon sakini itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Mucuq kənd sakini Nizami Əliquliyev polisə müraciət edərək oğlu, anadangəlmə əqli zəifliyi olan 1986-cı il təvəllüdlü Minətulla Əliquliyevin 18.05.2018-ci il tarixində evdən çıxdığını və qayıtmadığını bildirib. İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsi tapmaq mümkün olmayıb.

Onun əlamətləri: boyu 168 sm, orta bədən quruluşlu, uzunsov sifət, təbii dişləri, burnu düz, saçlarının rəngi qar və gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxarkən onun əynində göy gödəkçə, göy cins şalvar və qara ayaqqabı olub.

M. Əliquliyev barədə məlumatı olan şəxslərdən Qusar RPŞ-nə (023338) 5-28-03, 5-28-35, 5-43-19, mobil (070) 626-12-20 nömrəli telefonlara məlumat verməsini xahiş olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300