Ermənistan politoloq: "Bu il Naxçıvan məsələsini həll edəcəyik”

 

"Bu kəskinləşmə Ermənistan ətrafında təhlükə yarada bilər”

 

Ermənistan politolqu Levon Şirinyan deyib:

 

"Ermənistanda böyük inqilabsonrası təhlükələr gözlənilmir, çünki "bataqlıq cəngavərləri” parçalanıb və müqavimət göstərə bilmirlər – ona görə deyil ki, gücləri, pulları və ya imkanları yoxdur, çünki məxməri inqilabın əxlaqi dəyəri çox böyükdür. Bundan savayı, inqilabın səfərbərlik halı da olduqca güclüdür. Bu onların sıralarına təfriqə salır – hətta müqavimət göstərmək istəyi yaransa da. Erkən parlament seçkiləri ya iyuna, ya da sentyabra təyin olunacaq, bunun təxirə salınması yolverilməzdir, prosesi sürətləndirmək lazımdır”. O, əlavə edib: "Heç kim erməni xalqının iradəsinə qarşı gedə bilməz, hamını süqut gözləyir”.

 

Politoloqun sözlərinə görə, ölkədə ümumxalq səfərbərliyi baş verir və oliqarxiya bütün bunları məhv edə bilməz: "Bacarsaydı, Seyj Sərkisyanı saxlayardı. Belə alınıb ki, şef öz tabeliyindəkiləri atıb, tabe olanlar isə şefə tabe olmurlar və parçalanıblar”.

 

Ermənistana xarici təhlükələri şərh edən politoloq qeyd edib ki, yeganə gerçək təhlükə ABŞ və İran arasında münasibətlərin kəskinləşməsidir: "Bu kəskinləşmə Ermənistan ətrafında təhlükə yarada bilər. Bu – ümumerməni dövlət marağıdır. Xüsusən İsrailin də fəallıq göstərdiyi, Ermənistanla dostlaşmaq istəyinə görə. Dəqiq cavab gəlməlidir – İrana qarşı Ermənistanla dostlaşmaq istəyirsinizsə, bu olmayacaq, sadəcə, Ermənistanla dost olmaq istəyirsinizsə, əlbəttə, mümkündür”.

 

Şirinyan əmin edir – bu il Naxçıvan məsələsini bağlayacağıq. "Birincisi, siyasi-hüquqi mənada, istəsələr, onda hərbi mənada. Niyə? Çünki blokadasızlaşma həyatönəmlidir. XİN-də hesab edirlər ki, durum dəyişilib və bu canlı orqanizm Naxçıvan üzrə siyasi-hüquqi sənədlər hazırlamalıdır. Bu, beynəlxalq məhkəmələrdə həll edilməli məsələdir”. Politoloq həmçinin vurğulayıb ki, "Bizim inqilabi ruhumuz hərbi əməliyyatlarda da üzə çıxmaldır”. (strateq.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300