Rusiyanın müdafiə naziri Azərbaycanı Suriyanın bərpasında iştiraka çağırdı

 

"Sizi Suriyada əmin-amanlığın yaradılmasında iştirak etməyə çağırıram”.

"Report” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Tıva Respublikasının Kızıl şəhərində keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırda Suriyanın ərazisinin böyük hissəsi terrorçulardan azad edilib. Müdafiə naziri deyib ki, qalan terrorçularla silahı yerə qoymalarına dair danışıqlar gedir: "Vahid, bütöv Suriyanın dirçəlməsi və siyasi tənzimləmə üçün bütün şərait yaradılıb. Bizim Suryada geniş formada fəaliyyət göstərməyimiz üçün hər cür şərait var. Ərazilərin minalardan təmizlənməsi, humanitar yardımın edilməsi, infrastrukturun bərpa olunması kimi işlər bura daxildir. Sizin dəstəyinizə inanırıq. Hamıya ayıdındır ki, təhlükəsizliyi birgə səylə təmin etmək olar. Ona görə də hörmətli həmkarlar, Suriyada əmin-amanlığın yaradılmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm”.

Qeyd edək ki, iclasda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300