Kolumbiyada prezident seçkiləri keçirilir » Ulu Yol Xəbər portalı

                   Kolumbiyada prezident seçkiləri keçirilir

 

Bu gün Kolumbiyada prezident seçkilərinin ilk turu keçirilir.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, German Vargas Lleras, Qustavo Petro, Humberto de la Calle, Ivan Duque, Sergio Fajardo və Jorge Antonio Sarmientonun namizəd olduğu prezident seçkiləri yerli vaxtla saat 08.00 başlayacaq, saat 16.00-da başa çatacaq.

Ümumilikdə 36 milyon 230 min seçicinin olduğu ölkədə 11 mindən çox seçki məntəqəsi yaradılıb, təhlükəsizliyi təmin etmək üçün 115 min polis cəlb edilib. Kolumbiya prezidenti Juan Manuel Santos hər kəsi səs verərək iradəsini ifadə etməyə çağırıb. J. M. Santos prezident seçkilərinin martın 11-də keçirilən bələdiyyə seçkiləri kimi Kolumbiya Silahlı İnqilabi Qüvvələrin (FARC) zorakılıq aktları törətməyəcəyi bir mühitdə keçiriləcəyini qeyd edib.

Birinci turda namizədlərdən biri 50 faizdən çox səs toplamazsa, ən çox səs toplayan iki namizəd iyunun 17-də keçiriləcək ikinci turda yarışacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300