28 May -iqtidarlı-müxalifətli hər kəsin bayramı

 

Yaxın üç gündə silsilə bayram tədbirləri keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində, ölkə xaricində tədbirlər keçirilir, bu şanlı tarixi hadisələrlə bağlı seminarlar təşkil olunur. Cümhuriyyət tədbirlərini həm dövlət qurumları, həm də müxtəlif siyasi, ictimai təşkilatlar təşkil edirlər.

Xatırladaq ki, ötən ilin may ayında prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Həmin sərəncamda Xalq Cümhuriyyətinin milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi əksini tapıb. Nazirlər Kabinetinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlamaq tapşırılırdı, Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilirdi.

28 May Respublika Günü - Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının prezidentinin "İstiqlal” abidəsini ziyarət edəcəyi, ölkə prezidentinin adından rəsmi qəbul, təntənəli bayram mərasimi keçiriləcəyi bildirilir. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda isə deyilir ki, mayın 28-də böyük bayram konserti keçiriləcək.

Siyasi partiyalarda "Cümhuriyyət-100" tədbirləri keçirilir və mayın 28-də bayram tədbirləri daha geniş şəkildə keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında bayram tədbirləri keçirilir. Müxalifət partiyaları isə mayın 28-də bayram mərasimlərini Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirməyi planlaşdırıblar.

Müsavat Partiyası ile ilgili görsel sonucu

 

Müsavat Partiyasından əldə etdiyimiz məlumata görə, mayın 28-də "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda bayram mitinqi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub göndərilib. Lakin BŞİH bayram mitinqinə razılıq verməyib. Ona görə Müsavat Partiyası mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bayram tədbirini Novxanıda keçirəcək.

Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin daxil olduğu Milli Şuranın mayın 28-nə "Məhsul” stadionunda keçirmək istədiyi bayram mitinqinə də razılıq verilməyib. Milli Şuradan verilən məlumata görə, BŞİH bildirib ki, mitinqin mayın 26-da keçirilməsini məqsədəuyğun hesab edir. BŞİH-in cavabının Milli Şurada müzakirə edildiyi, mayın 26-da mitinq keçirmək qərarından imtina olunduğu bildirilir.

Qurum mayın 28-də Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bayram mitinqi keçirməyə qərar verib.

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

 

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, onlar AĞ partiya olaraq Cümhuriyyətin 100 illik yubileyinin ancaq bir ayda və ya bir gündə qeyd olunmasının tərəfdarı deyillər. Bu tədbirlər bütün il boyu keçirilməlidir:"Çünki bu hadisə bizim təsəvvür etdiyimizdən də böyük bir hadisədir. Odur ki, biz çalışacağıq il sonuna qədər bu mövzuda bir neçə tədbir keçirək. Konkret olaraq, 28 may günü isə AĞ partiyanın rəhbərliyi olaraq ya Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini, ya da şəhərin mərkəzindəki İstiqlal abidəsini ziyarət etməyi planlaşdırırıq. Təbii ki, digər partiya və təşkilatların dəvət etdikləri tədbirlərdə də iştirak edəcəyik”.

AMÄ°P katibi Elà ŸÉ™n Mustafayev ile ilgili görsel sonucu

 

AMİP katibi Elşən Mustafayev isə bildirdi ki, AMİP Cümhuriyyətimizin 100 illiyi ilə bağlı tədbirlərə ilin əvvəllərindən başlayıb. Tədbirlər çərçivəsində indiyədək 2 dəyirmi masa təşkil olunub, xarici qonaqların iştirakı ilə Bakıda AMİP-in təşkil etdiyi beynəlxalq konfransın bir paneli 100 illiyə həsr olunub:"Eyni zamanda AMİP-in üzv olduğu Beynəlxalq Demokrat İttifaqına daxil olan dünyanın 100-ə yaxın partiyasına Cumhuriyyət tariximizlə bağlı məlumatlar, bilgilər göndərilib. 28 mayda da partiya üzvləri ilə birgə bayram tədbiri keçirəcəyik”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu bildirdi ki, ənənəvi olaraq bayram tədbirləri keçiriləcək.

VİP, AXP, ADP və digər siyasi təşkilatlar da mayın 28-də bayram tədbirləri keçirəcəklər.

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300