Tramp böyük görüşdən buna görə imtina etdi - Səbəb » Ulu Yol Xəbər portalı

              Tramp böyük görüşdən buna görə imtina etdi - Səbəb

 

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş olacağı ilə bağlı rəsmi məlumatlar veriləndə bunun baş tutmama ehtimalı yüksək idi.

Bu sözləri Axar.az-a beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Trampın Şimali Koreya lideri ilə görüşdən imtina etməsinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, qısa bir müddətdə arada olan düşmənçilik və kəskin fikir ayrılıqlarının yumşalması inandırıcı deyildi:

"Bunları reallaşdıracaq mühit belə ortada yox idi. Tramp da görüşün baş tutacağına inanmırdı və bu görüşün alınmasında elə də maraqlı olmayıb. Çünki nəticəsi olmayan danışıqlardan qazanan Şimali Koreya olacaqdı. Yəni bu danışıqlar uzun bir müddət ala bilərdi və bu müddət Şimali Koreyaya hava-su kimi lazım olan presinqsiz zaman qazandıracaqdı. Hamıya məlumdur ki, danışıqların əsas tələbi nüvə silahlarının zərəsizləşdiriməsidirsə, bundan sonrakı hədəf rejim dəyişikliyidir. Kim Çen İn də bunu yaxşı bilir”.

Ekspert vurğulayıb ki, buna baxmayaraq, onun atdığı addımlar Tramp üçün gözlənilməz oldu:

"Görüş ərəfəsində 3 ABŞ vətəndaşının həbsdən azad olunması və xarici jurnalistlərin gözü qarşısında nüvə sınağı poliqonlarından birinin ləğv edilməsi danışqlar olacağı təqdirdə Kim Çen İni üstün vəziyyətə salacaqdı. Hələ bundan öncə çoxlarının gözləmədiyi halda Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşləri baş vermişdi. Orada da problemlərin həlli, gələcəkdə iki ölkənin birləşməsi ilə bağlı danışıqlar prosesinə start verilmişdi. Bu ərəfədə bir neçə gün öncə Koreya yarımadasında ABŞ və Cənubi Koreya hərbiçilərinin birgə təlimləri başladıqdan dərhal sonra Şimali Koreya Cənubla danışıqlardan çıxdığını bəyan etdi və kəskin, nüvə silahı ilə hədələyici bəyanatlar verdi. Amma ABŞ prezidenti ilə gözlənilən görüşlə bağlı heç nə deyilmədi. Bu bəyanatlardan sonra Tramp görüşün olmayacağını bildirdi. Eyni zamanda, Cənuba qarşı olan təhdidlərə də cavab verdi. Bununla yanaşı, Tramp ABŞ vətəndaşlarının buraxılmasını, nüvə poliqonunun ləğv edilməsini müsbət hal kimi qiymətləndirib, görüşün gələcəkdə ola bilcəyini bildirməklə ümüd yeri qoydu”.

Ekspertin sözlərinə görə, bundan sonra vəziyyət yenə də əvvəlki məcrada davam edəcək:

"Hər iki tərəf qarşılıqlı ittihamlarını, təhdidlərini davam etdirəcək. Artıq xeyli müddətdir ki, Şimali Koreya üçün Liviya variantı hazırlamağa çalışırlar. Bu iki rejimin arasında bənzərliklər olduğu üçün onların dəyişdirilməsinin də oxşar üsullarla həyata keçə biləcəyini düşünürlər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Sinqapurda baş tutacaq görüşün ləğv edilməsi ilə bağlı qarşı tərəfə məktub ünvanlayıb. Bundan sonra ABŞ Müdafiə naziri Ceyms Mettis görüşün ləğv edilmədiyi barədə bəyanat yayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300