İran hərbi bazasına yeni raket zərbələri » Ulu Yol Xəbər portalı

                  İran hərbi bazasına yeni raket zərbələri

 

Suriyanın Homs əyalətində yerləşən aviabazada ötən gün baş vermiş seriya partlayışların səbəbi məlum olub. Yaxın Şərq mənbələri bildirir ki, İsrail aviasiyası həmin aviabazada cəmləşdirilmiş "Hizbullah” qüvvələrinə güclü zərbələr endirib. İsrail təyyarələri hədəfə Livan hava məkanından hücum ediblər, Suriyanın Hava Hücumundan Müdafiə sistemləri zərbələrə reaksiya verib.

Rəsmi SANA agentliyi S-200 komplekslərinin tətbiq olunduğunu "praktiki olaraq bütün raketlərin vurulduğunu” bildirir.Lakin müstəqil mənbələr aviabazanın ərazisində azı 6 şiddətli partlayışın baş verdiyini, o cümlədən "Hizbullah”ın silah anbarının partladığını təsdiq edib. Aviazərbələr zamanı bazada "Hizbullah”ın çoxsaylı döyüşçüləri olub. İtkilər barədə məlumat verilmir, amma çoxsaylı ölənlərin olduğu qaçılmazdır.


 

Baza əl-Keysər şəhəri yaxınlığında yerləşir və "Hizbullah”ın Suriyadakı əməliyyatlarının əsas mərkəzi hesab olunur. Hücum mayın 24-də saat 9 radələrində edilib. İsrail mənbələri "Hizbullah”ın silah anbarının məhv edildiyini bildirir. İsrail mediası yazır ki,bu zərbələr "Hizbullah” lideri şeyx Nəsrallahın bəyanatlarına cavabdır. Nəsrallah mayın 9-da Golan təpələrindəki İsrail mövqelərinə endirilən raket zərbələrini nəzərdə tutaraq bəyan etmişdi ki, "sionist rejimin cəzasız şəkildə Suriyaya hücumlar həyata keçirməsi” arxada qalıb.

İsrail vaxtarışı olaraq Suriyadakı İran bazalarına zərbələr endirir. Bu hava əməliyyatlarında F-35 "Adir” qırıcılarının da tətbiq edildiyi açıqlanıb. Məlumatlara görəRusiyanın Hmeymim aviabazasında dislokasiya olunmuş S-400 və S-300 zenit-raket komplekslərinin radarları F-35 qırıcılarını "görə” bilməyib. Əks halda bu informasiya Suriyanın hava hücumundan müdafiə sisteminə ötürülərdi.(Virtualaz.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300