Uilyam R.Qil : “AXC nümayəndələri 1919-cu ildə ABŞ prezidentində uzunmüddətli təəssürat yaratdılar” » Ulu Yol Xəbər portalı

             Uilyam R.Qil : "AXC nümayəndələri 1919-cu ildə ABŞ prezidentində uzunmüddətli təəssürat yaratdılar”

 

"Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünə görə, fövqəladə idi və onun 100 illik yubileyi bizə öyrənilməyə, yadda qalmağa və hörmətə layiq olduğunu xatırladır".

 

ABŞ səfirliyindən APA-ya verilən xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R. Qil Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yazdığı məqaləsində qeyd edib.

 

Məqalədə bildirilir ki, Birinci Dünya Müharibəsindən sonrakı qeyri-sabit dövrdə yeni respublikanın mövcudluğu facianə qısa olsa da, bu tarix yalnız Azərbaycan üçün deyil, dünya üçün vacibdir: "Paris Sülh Konfransında Azərbaycan nümayəndələri 28 May 1919-cu ildə görüşdükləri zaman Amerikanın prezidenti Vudrou Vilsonda uzunmüddətli təəssürat yaratdılar. Sonralar prezident Vilson Azərbaycan nümayəndə heyətini öz çıxışlarında tez-tez xatırlaması təəccüb doğurmur. Xüsusən, prezident Vilson Azərbaycan nümayəndələrinin onun dəyərlərinə yaxın dəyərlərə sahib olduqlarını qeyd etmişdi. Onlar haqqında danışarkən o qeyd etmişdi: "Mən fikirlərə, azadlıq anlayışlarına, haqq və ədalət konsepsiyalarına gəldikdə eyni dildə danışdığım insanlarla söhbət etdim”.

 

Prezident Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını alqışlamaq üçün əsası var idi ki, bu əsas Cümhuriyyəti zamanının lideri etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları dəyərlərinin Amerika Birləşmiş Ştatlarının dəyərləri ilə uzlaşan bir ölkə qurduqlarını düşünürdülər. Onlar ölkənin təməl sənədlərində etnik mənşəyi, dini, sinfi və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar təmin edən bu dəyərləri təsbit etdilər".

 

Uilyam R.Qil məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara bərabər siyasi hüquqlar verən əhalisinin böyük əksəriyyətinin müsəlman olan ilk dövlət, əslində isə dünyanın ilk ölkələrindən biri olduğunu xüsusi vurğulayıb: "Bundan əlavə, Azərbaycanın ərazisində ilk müasir universitetin – Bakı Dövlət Universitetinin yaradılması yeni respublikanın təhsilə verdiyi dəyərin nümayişi idi. Bu dəyərlər – bərabərlik, tolerantlıq və təhsilə erkən diqqət, Azərbaycan Demokratik Respublikasını yalnız gələcəyə baxan əsaslı proqressiv ölkə kimi səciyyələndirdi. Bunlar ruhlandırıcı nailiyyətlərdir.

 

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə və Azərbaycan xalqı yenicə qazandıqları azadlıq və müstəqilliklərindən bəhrələnə biləcəkləri yeni bir dövlət formalaşdırmağa çalışanda, onun liderləri Azərbaycan Xalq Cümhuriyyətinə yol göstərən işıq kimi baxırdılar.

 

Amerika Birləşmiş Ştatları hələ də öz bani atalarına baxır. Amerikalılar təməl sənədlərimizdə – Müstəqillik Bəyannaməsi və ABŞ Konstitusiyasında qorunan əsas dəyərlərdən qüvvət alırlar. Bizim çətinliklə qazandığımız azadlıq və müstəqillik amerikalıların bu gün bəhrələndikləri çiçəklənən cəmiyyəti – canlı və etibarlı bir ölkəni, fikir ayrılığı və müzakirələrə açıq, bizi xarakterizə edən tarix, mədəniyyət, inanc və prinsipləri ilə birləşən fərqliliklərə dəyər verən bir cəmiyyəti bizə bəxş etdi.

 

Bu dəyərlər 1918-ci ildə olduğu kimi, bu gün də Azərbaycanda və ABŞ-da aktual olaraq qalır"..

 

"Tolerantlıq, inklüzivlik, müxtəliflik, təhsil, bərabərlik və demokratik təmsilçilik ölkəmiz üçün daha gözəl gələcək düşünəndə ABŞ-ın istinad etdiyi əsas dəyərlər olaraq qalır. İnanıram ki, bu dəyərlər ADR-in təsisçiləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan Topçübaşov və Fətəli Xan Xoyski kimi azərbaycanlıların da qiymət verdikləri dəyərlərdir", - deyə ABŞ nümayəndəsi sonda əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300