Müsavatçının anası polisə aparıldı, özü həbs edildi » Ulu Yol Xəbər portalı

                    Müsavatçının anası polisə aparıldı, özü həbs edildi

 

Müsavat Partiyası Xətai rayon təşkilatınım sədr müavini, keçmiş siyasi məhbus Elvin Abdullayev həbs edilib. Bu haqda "Basta”ya Müsavat başqanının müavini Fərəc Kərimli məlumat verib.

Bildirilir ki, bu gün bir qrup polis əməkdaşı Elvin Abdullayevin evinə gedərək, onun anasını 36-cı polis bölməsinə aparıb. Polisin gəldiyi vaxt evdə olmayan Elvin Abdullayev özü anasının saxlandığını bildikdən sonra bölməyə gedib gedib. Anası sərbəst buraxılsa da, Elvin Abdullayev saxlanılıb.

Bir neçə saat bölmədə saxlanılan Elvin Abdullayev saat 16 radələrində Xətai Rayon Məhkəməsinə aparılıb. Ona qarşı hansı ittihamın irəli sürüldüyü bilinmir. Məhkəməsindən əldə etdiyimiz məlumata görə, Elvin Abdullayevə qarşı irəli sürülən ittihama qapalı məhkəmədə hakim Bəxtiyar Məmmədov baxacaq.

Müsavat Partiyasının mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Elvin Abdullayevin həbsi onun sosial şəbəkədəki yazıları ilə bağlıdır.

"Elvin Abdullayev bundan əvvəl də siyasi fəaliyyətinə görə dəfələrlə təqib olunub. O, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən yazılarla çıxış edib. Feysbukda profil şəkli olaraq İlham Əliyevin üzərində "Diktator” yazılmış şəklini yerləşdirib. Elvin Abdullayevin həbsi, onun sosial şəbəkədəki yazıları ilə bağlıdır. Bu, ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Öz ayağı ilə bölməyə getmiş şəxsin "polisə tabe olmamaqda” günahlandırılması ittihamın saxta olduğunu sübüt edir. Elvin Abdullayevin anasının polis bölməsinə aparılması isə hüquqa sığmayan ləyaqətsiz bir addımdır. Elvin Abdullayevin dərhal azad olunmasını, repressiya siyasətinə sonqoyulmasını tələb edirik”, – Müsavat Partiyası mətbuat xidmətinin açıqlamasında bildirilir.

***

Fərəc Kərimlinin "Basta”ya verdiyi məlumata görə, məhkəmədə Elvin Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisə tabe olmamaq) 30 sutka həbs cəzası verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300