Atalarının üzünü görməyən şəhid ÖVLADLARI

 

"Şəhidlər ölmür... Şəhidlər qürur yerimizdir!.. Şəhidlik zirvəsinə yüksəlmək də hər kəsə nəsib olmur.

2016-cı ilin aprelində dörd günlük müharibə yaşadıq. Vətən uğrunda canını fəda edən oğullarımız sayəsində qalibiyyət şərbətini daddıq.

2017-ci ilin fevralında evlərimizə yenə şəhid tabutları gəldi. Onları da üçrəngli bayrağımıza büküb dəfn etdik.

Qürurla xatırlayacağımız və xatırladacağımız məqamlar digər məqamlar da var. Şəhid olan hərbçilərimizin dünyaya gələn övladları... O övladlar ki, atalarına onların üzlərini görmək belə nəsib olmadı.

Modern.az saytı 2016-cı ilin aprelində və 2017-ci ilin fevralında şəhid olmuş oğullarımızın üzünü görmədikləri övladları haqda bilgiləri təqdim edir.

2016-cı ilin aprelində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş leytenant Qabil Orucəliyevi hər kəs "övladının üzünü görməyən zabit" kimi tanıdı. Çünki Qabil şəhidliyə qovuşmazdan cəmi 3 gün əvvəl ilk övladı dünyaya gəlmişdi. Qabil Orucəliyevin oğlu şəhidimizin adını daşıyır.


2016-cı il aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan baş leytenantı Ziya Həsənovun da sonradan övladı dünyaya gəlib. Şəhidimizin arzusunu yerinə yetirən ailəsi uşağa Yağmur adı qoyub.

2016-cı ilin aprelində həlak olan kiçik çavuş Səyyar Quliyev də dünyaya gələn övladının üzünü görməyən şəhidlərimizdəndir. Səyyar Quliyev şəhidlik zirvəsinə yüksələndən 6 ay sonra qızı Zeynəb dünyaya gəlib.



2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttinin Füzuli-Xocavənd istiqamətində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçimiz Şahlar Nəzərov da əkiz övladlarının üzünü görmədi. Baş leytenant şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu. Şahların ölümündən sonra dünyaya gələn iki oğul övladını indi babası böyüdür. Əkizlərdən biri Şahların adını daşıyır.

2017-ci ilin fevralında şəhid olan baş leytenant Tural Haşımlı ata olacağını ölümündən 6 saat əvvəl öyrənib. Tural Haşımlı şəhid olmazdan 7 ay əvvəl ailə həyatı qurmuşdu. Turaldan yadigar qalan oğul övladına elə Tural adı verilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300