Fələstin Ərəb ölkələrini Qvatemaladakı səfirliklərini bağlamağa çağırıb » Ulu Yol Xəbər portalı

              Fələstin Ərəb ölkələrini Qvatemaladakı səfirliklərini bağlamağa çağırıb

 

Qvatemalanın diplomatik nümayəndəliyini Təl-Əvivdən Qüdsə köçürməsinə cavab olaraq Fələstin Ərəb ölkələrini bu Latın Amerikası dövlətindəki səfirliklərini bağlamağa çağırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fələstin prezidentinin xarici siyasət məsələləri və beynəlxalq münasibətlər üzrə müşaviri Nəbil Şaat bildirib.

"Latın Amerikası ölkəsinin Birləşmiş Ştatlardan asılılığını nəzərə alsaq, ABŞ-ın ardından Qvatemalanın da səfirliyini Qüdsə köçürməsində təəccüblü bir şey yoxdur və bu qərarı əvvəlcədən gözləmək olardı”, - deyə müşavir vurğulayıb. Nəbil Şaatın sözlərinə görə, ərəblərin adekvat cavabı Qvatemaladakı diplomatik missiyalarını bağlamaları olardı.

Xatırladaq ki, Qüdsdə mayın 16-da Qvatemala səfirliyi, mayın 21-də Paraqvay səfirliyi işə başlayıb. Mayın 14-də işğal olunmuş Fələstin torpaqlarında İsrail dövlətinin qurulmasının ildönümü günü mübahisəli şəhərdə ABŞ səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın bu addımı Qəzza sektorunun sərhədi boyu fələstinlilərin miqyaslı etiraz aksiyalarına səbəb olub. İsrail ordusunun etirazçılara atəş açması nəticəsində 60 nəfərdən çox fələstinli həyatını itirib, 1200 nəfər isə yaralanıb.

Qüdsün statusu Fələstin –İsrail münaqişəsinin əsas problemindən biridir. 1967-ci il müharibəsinin gedişində İsrail şəhərin şərq hissəsini işğalı altına alıb və Qüdsü özünün "vahid və bölünməz” paytaxtı elan edib. Fələstinlilər isə şəhərin şərq hissəsini öz dövlətlərinin paytaxtına çevirmək istəyirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300