Sosiskanın içərisindən çıxanlar dəhşətə gətirdi-Azərbaycanda (VİDEO)

 

 

Mağazadan alınan sosiskanın içərisindən diri qurdlar çıxıb.

 

Uluyol.az Minval.info-ya istinadən xəbər verir ki, xoşagəlməz hal Azərbaycanın bölgələrindən birində yaşanıb. Belə ki, sosial şəbəkələrdə yayılan videoda sosiskanın içərisində qurdların çıxdığı əks olunub. Görüntüləri lentə alan şəxsin danışığından məhsulun Bakıdakı mağazalardan alınmadığı məlum olur. İnsanlar daha çox sosiskanın hansı şirkət tərəfindən istehsal edildiyini öyrənməyə çalışıb.

Video isə məhsulun üzərində "Südlü” sözündən başqa heç nə aydın görünmür. Əksər sosial şəbəkə istifadəçiləri sosiskanın "Min bərəkət halal nemət”ə aid olduğunu iddia edir. Onlar bunu şirkətin məhsulunun hər mağazada satılması ilə əlaqələndirir.

Bəziləri isə yalnız saxlanma şəraitinə uyğun olaraq sosiskanın belə vəziyyətə düşdüyünü deyir.

"Min bərəkət halal nemət” "Səhliyalı” MMC-yə məxsus olduğu üçün sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, bizimlə əlaqə saxlayacaqlar. Lakin xeyli keçməsinə baxmayaraq "Səhliyalı” MMC-dən səs-soraq çıxmadı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300