Bu il körpələrə ən çox qoyulan adlar

Oğlanlar arasında Yusif,qızlarda isə Zəhra adı üstünlük təşkil edir:

Bu il Azərbaycanda doğulan uşaqlara 
ən çox verilən adlar açıqlanıb. Ədliyyə NazirliyindənANS PRESS-ə verilən məlumata görə, oğlan adları arasında ən çox verilən Yusif olub. Belə ki, bu il 128 uşağa bu ad verilib. 

İkinci pillədə Hüseyn qərarlaşıb. Yeni ildə doğulan 94 oğlan bu adla adlandırılıb. İlk üçlüyü 80 nəfərlə Əli bağlayır. Onu 68 və 45 adla müvafiq olaraq Ömər və Məhəmməd izləyir. 

Qız adları arasında da hər il olduğu kimi dini adlar üstünlük təşkil edir. 2016-cı ildə doğulan 93 körpə Zəhra adlandırılıb. Onu Nuray (103), Fatimə (70), Aylin (63) və Ayan (54) izləyir. 


Son 5 ildə körpələrə verilən adlar

Ümumiyyətlə qeyd edilən adlar ötən il də çox verilən adlar siyahısındadır. Ədliyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, oğlan körpələrinə verilən adlar arasındaYusif üstünlük təşkil edir. Belə ki, ancaq 2015-ci ildə 3555 uşağa bu ad verilib. 
İlk beşlikdə yer alan adların sırasında Əli (2472), Hüseyn (2533), Məhəmməd (1492) və Ömər (1672) olub. 
Qızlara ən çox verilən adlar - Zəhra (3512), Nuray (2474), Fatimə (2303), Aylin (1773) və Ayan (1531). 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300