Hüquq müdafiəçisi baş redaktorun qeyri-qanuni hərbi xidmətə göndərilməsinin səbəblərini açıqladı

Hüquq müdafiəçisi Oktay Gülalıyev öz facebook səhifəsində Xeberman.com saytının baş redaktoru Jurnalist Polad Aslanovun qeyri-qanuni hərbi xidmətə göndərilməsinin səbəblərindən yazıb.

Həmin yazını olduğu kimi sizə təqdim edirik.

Dostlar, şəkildə gördüyünüz bu şəxs Xeberman.com saytının redaktoru, hazırda səhhətində ciddi problemlər olmasına baxmayaraq hərbi xidmət adı ilə Bakıdan Naxçıvana sürgün edilmiş jurnalist Polad Aslanovdur. Digər iki uşaq isə həbsdə olan siyasi məhbuslar- Taleh Bağızadənin və Fikrət Fərəməzoğlunun övladlarıdır. Şəkil siyasi məhbuslarla bağlı toplantıda çəkilib...

Polad Aslanov siyasi məhbuslarla bağlı demək olar ki, bütün toplantılarda iştirak edirdi. Onlara dəstək olur, rəhbərlik etdiyi saytda siyasi məhbuslarla bağlı vaxtaşırı məlumatlar, yazılar dərc edir, onların problemilərini ictimailəşdirirdi. Bir növ dəstəyə ehtiyacı olan insanların danışan dili olurdu. O, həm də ölkədə hökm sürən korrupsiya, monopoliya, məmur özbaşınalığı ilə bağlı yazılar yazırdı. Məhz belə yazılara görə o tez- tez təzyiqlərə məruz qalır, hədələnirdi. Nəhayət, tənqidlərə dözümü olmayan məmurlar ordusunun şikayət və təzyiqi nəticəsində o mədəni sürgünə- hərbi xidmət adı ilə ölkənin baş kəndindən ən ucqar nöqtəsinə deportasiya edildi.

Polad Aslanovun səhhətində ciddi problemləri var. Məhz buna görə də o hərbi xidmətə dinc dövr üçün yararsız hesab edilib. Hazırda onun səhhəti hərbi xidmət şərtləri üçün uyğun olmadığına görə ciddi problemlərlə üzləşir. Ürək damarlarından birində tromp olduğundan fiziki hərəkətləri etdikdə şiddətli ağrılar, təngənəfəslik, yüksək təzyiq, ürək bulanma və s. olur. Hərbi qanuna zidd olaraq çəkisi 45 kq- dan aşağıdır.

Hərbi xidmətdə olmaq, Vətənə xidmət etmək şərəflidir. Amma yazılarına və baxışlarına görə səhhətində ciddi problemləri olan bir şəxsi hərbi xidmət adı ilə ölkənin ucqarlarlarına sürgün edib onun həyatını təhlükə altına atmaq qanunlara və insani dəyərlərə ziddir. Gəlin, Polad Aslanova dəstək olaq. Onun tezliklə müalicə olunması və haqqında hərbi xidmətlə bağlı alternativ imkanlardan istifadə edilməsinə nail olaq!"


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300