Saçlarınızı uzatmağın ASAN YOLLARI » Ulu Yol Xəbər portalı

                         Saçlarınızı uzatmağın ASAN YOLLARI

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır.

Axşam.az xarici mediaya istinadən saçlarınızın tez uzanmasına kömək olacaq üsulları təqdim edir:
1-ci üsul – Bu siyahıya xardal maskası aiddir. Xardal dərini isidərək, "yandıran” hiss yaradır və saç soğanağına qan axınını təmin edir.

İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.

2-ci üsul – zeytun və gənəgərçək yağı saçların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamıya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.

3-cü üsul – uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:

– B qrup vitaminləri (B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.

– Biotin – onun azlığı saç tökülməsinə səbəb olur.

– İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.

– C vitamini baş dərisinin qan dövranını yaxşıılaşdırır və saç folikuluna kömək edir.

– E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövranının güclənməsinə səbəb olur.

– Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.

4-cü üsul – saçların uzanması üçün enerji tələb olunur. Saç folikkulları isə bu enerjini orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlər. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.

5-ci üsul – mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300