Xanım təşkilat rəhbəri yenə müsəlmanları təhqir etdi: "İnananlar..." - FOTOFAKT » Ulu Yol Xəbər portalı

             Xanım təşkilat rəhbəri yenə müsəlmanları təhqir etdi:"İnananlar..." - FOTOFAKT

 

   Xanım QHT sədri yenə müsəlmanları, İslam dininə inanları təhqir edib. Təşkilat rəhbəri öz facebook səhifəsindən yazdığı fikirlərlə inanclı insanların narazılığına tuş gəlib.

Musavat.com xəbər verir ki, söhbət "Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevadan gedir.

QHT sədri ötən ilin iyun ayında qalmaqallı status yazaraq Azan səsinə qarşı olduğunu bəyan etmişdi. Onun bu fikirləri sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusu olan zaman QHT sədri həmin statusunu silmişdi.

Açıqlamasında isə əvvəlcə bildirmişdi ki, onu bu fikirlərinə görə tənqid edənlər savadsız cahillərdir. Təşkilat rəhbəri ona irad bildirənləri Azərbaycanda olan geylərə, ermənilərə, qısa şalvarlılara, qara çarşablılara, vəhhabilərə də etiraz etməyə çağırmışdı.

Amma təşkilat rəhbəri bu açıqlaması ilə də özünü müdafiə etməyi bacarmadığını görüb növbəti fikrində bildirdi ki, Azan səsi ilə bağlı yazılanları onun adından başqası yazıb. B.Tağıyevə deyirdi ki, kompüteri açıq qalıb və kimsə onun adından belə bir status yazıb.

Təşkilat rəhbəri bu addımı özünə qarşı təxribat adlandıraraq şübhələndiyi şəxsin olduğunu da söyləmişdi. Artıq həmin adamın şəxsiyyətini müəyyənləşdirdiyini də deyən B.Tağıyeva qısa zamanda onun kimliyini açıqlayacağını da bildirmişdi.

Amma bir ilə yaxın vaxt keçsə də təşkilat rəhbəri "ona qarşı təxribatı" sübut edə, həmin şəxsin adını açıqlaya bilmədi. Bunun əvəzində isə növbəti dəfə inanclı kəsimi təhqir etməyi bacardı.

O, sosial şəbəkədə Müqəddəs Ramaza ayı və Oruc tutulması ilə bağlı müzakirələrdə aqressiv mövqe sərgiləyərək İslama inanları şərəfsiz adlandırıb. Bu isə inanclı kəsimin narazılığına səbəb olub.

Təşkilat rəhbəri ona iradını bildirənləri blok edərək öz hesabını bir müddət bağlayıb.

İ.Muradov, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300