16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri yeni nazirə kələk gəlmək istəyir? » Ulu Yol Xəbər portalı

               16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri yeni nazirə kələk gəlmək istəyir?

Firdovsi Həsənov Abşeron rayonundakı "yaşıl soyqırım” a görə yeni nazir Muxtar Babayevin qəzəbinə tuş gələ bilər

Ölkə mediasında mütəmadi olaraq Xırdalan şəhərində yaşıllıqların məhv edilərək, yerlərində müxtəlif obyektlərin tikilməsi ilə bağlı tənqidi materiallar işıqlandırılır. Son aylar isə Xırdalan şəhər Heydər Əliyev prospektində "Birlik-7” MTK-nın "yaşıl terroru" ilə bağlı sosial şəbəklərdə davamlı məlumatlar yayılır. Nədənsə bütün bu məlumatların yayılması fonunda Xırdalan şəhərində yaşıllıqların qırılmasına aidiyyatı qurumlar susur.

Abşeron rayonunda yaşıllıqların qorunmasına cavabdeh olan qurumlardan biri də 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsidir. Amma sözügedən şöbənin şəhərdəki yaşıllıqların məhv olunmasına qarşı hansısa tədbir gördüyü müşahidə olunmur. Son altı ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi şöbələri paytaxtın müxtəlif rayonlarında ağac kəsən şəxslərə qarşı reyd keçirərək onlar haqqında müxtəlif cərimələr tətbiq etsələrdə bu hallara nədənsə Abşeron rayonunda rast gəlinmir. Bu baxımdan da 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Firdovsi Həsənovun rayonda kəsilən ağaclara şəxsi maraqlarını güddüyünü iddia etmək olar. Əks təqdirdə davam edən "yaşıl terror”a qarşı ən azından formal tədbirlər görə bilərdi.

Bu arada qeyd edək ki, Firdovsi Həsənovun Abşeron rayonundakı "yaşıl terror”a göz yumması uzun müddət sabiq nazir Hüseynqulu Bağırovu da çətin vəziyyətə salmışdı. Çünki sosial şəbəkələrdə və müxtəlif KİV-lərdə Abşeron rayonunda, əsasəndə Xırdalan şəhərində baş alıb gedən "yaşıl soyqırım”a görə sabiq nazir günahlandırılırdı. Amma görünən o idi ki, Hüseynqulu Bağırov Bakı rayonları ilə müqayisədə Abşeronda yaşıllıqların məhv edilməsinə müdaxilə edə bilmirdi. Çünki üzun müddət Abşeron rayonunda icra başçısı olan və hazırda Sumqayıt şəhərinə rəhbərlik etməklə yanaşı, Abşerona da nəzarət edən Zakir Fərəcov buna imkan vermirdi…

Tendensiya.com-a daxil olan məlumata görə, yeni nazir Muxtar Babayevin təyinatından sonra 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Firdovsi Həsənov ciddi şəkildə təşvişə düşüb. Şöbə müdiri Abşeron rayon icra hakimiyyətinə xəbərdarlıq edərək, hər hansı bir ağac kəsiləcəyi təqdirdə sərt cəza tədbiri görəcəyini deyib. Çünki Abşeron rayonunda baş alıb gedən "yaşıl soyqırım”ın Muxtar Babayevin diqqətində olduğu deyilir. Firdovsi Həsənov yeni nazirin qəzəbinə tuş gəlməmək üçün məcburən bu addımı atdığı deyilir…

Ümid edirik ki, Muxtar Babayev indiyə kimi Xırdalanda yaşıllıqların məhv edilməsinə seyrçi qalan və ya bu prosesdən merkantil maraqlarını təmin edən Firdovsi Həsənovla bağlı ciddi tədbirlər görəcək…

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300