Müsavat rəhbərliyinin Fransa səfəri– Topçubaşovun məzarını ziyarət etdilər-FOTOLAR

 

Müsavat rəhbərliyinin Fransa səfəri – Topçubaşovun məzarını ziyarət etdilər

 

Bu gün Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin bir qrupu Faransaya səfər ediblər.

Səfər "Cümhuriyyət-100” çərçivəsində həyata keçirilib.

Cümhuriyyətin qurucularından olan Əlmərdan Bəy Topçubaşovun məzarını ziyarət edənlər arasında Müsavat başqanı Arif Hacılı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavinləri Razim Əmiraslanlı, Səxavət Soltanlı, başqan müşaviri Cahangir Əmirxanlı vardı.

Müsavatçıları mühacirətdə olan müsavatçılardan ibarət bir qrup müşayət edib.

 

Qeyd edək ki, Müsavat rəhbərliyi dünən Almaniyanın Frankfurt şəhərində MüsavatAKM-in təşkilatçılığı ilə keçirilən "Cümhuriyyət-100” çərçivəsində möhtəşəm tədbirdə də iştirak edib.

Proqramda Mayın 24-də Türkiyə paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə bayram tədbiri, ADR-in banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının ziyarət edilməsi,Mayın 26-da Tbilsidə bayram tədbiri, ADR-in ilk baş naziri Fətəlixan Xoyskinin məzarının ziyarət edilməsi var.

 

Könül Alı, Bastainfo.com

Arif Hacılı adlı à ŸÉ™xsin à ŸÉ™kli.Arif Hacılı adlı à ŸÉ™xsin à ŸÉ™kli.Arif Hacılı adlı à ŸÉ™xsin à ŸÉ™kli.Arif Hacılı adlı à ŸÉ™xsin à ŸÉ™kli.Arif Hacılı adlı à ŸÉ™xsin à ŸÉ™kli.Arif Hacılı adlı à ŸÉ™xsin à ŸÉ™kli.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300