Poroşenko: Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxacaq

 

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış bütün müqavilələrə yenidən baxır və milli maraqlarına zidd bütün müqavilələrdən çıxacaq.

 

APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, bunu bu gün Kiyevdə SSRİ dövründə siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Ukrayna prezidenti Petr Poroşenko bildirib.

 

P. Poroşenko deyib ki, Ukrayna əminliklə Rusiyanın təsir sferasından çıxır: "Ukrayna həmişə, hələ 1991-ci ildən MDB-yə üzvlüyə imperiyadan sivil qaydada "boşanma" vasitəsi kimi baxıb. Ancaq Rusiyanın günahından bunun sivil qaydada həyata keçməsi alınmayıb. Moskva MDB-ni Kremldən idarə edilən imperiyaya çevirməyə çalışıb. Buna görə də Ukrayna MDB-nin Nizamnaməsini ratifikasiya etməyib və MDB-nin tam hüquqlu üzvü olmağa hazırlaşmayıb. Biz Ukraynanın heç vaxt daxil olmadığı yerdən çıxa bilmərik. Ancaq biz MDB-nin koordinasiya orqanlarında iştirakımızı dayandırırıq".

 

Qeyd edək ki, P. Poroşenko dünən Ukraynanın MDB orqanlarındakı nümayəndələrinin geri çağırılması barədə fərman imzalayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300