Rusiyadan Azərbaycanın tənqidinə cavab... » Ulu Yol Xəbər portalı

              Rusiyadan Azərbaycanın tənqidinə cavab...

 

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə” gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb”.

 

Trend-in verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

 

Xatırladaq ki, daha əvvəl XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya prezidenti kimi özünü təqdim edən Raul Xadjimbanın Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşünü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.

 

 

Hikmət Hacıyev qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturması ilə bağlı suala cavabında deyib:

 

"Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.

 

Nazirlik rəsmisi bildirib ki, diplomatik kanallarla etiraz və ciddi narahatlıq Rusiya XİN-ə çatdırılacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300