Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı » Ulu Yol Xəbər portalı

              Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı

 

Bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu "Tor M2” zenit-raket komplekslərini alacaq.

Virtualaz.org xəbər verir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin xüsusi televiziya proqramında açıqlanıb.

Zenit-raket kompleksi Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci güzəştli kredit (100 milyon dollar) çərçivəsində çatdırılacaq. Bu kredit razılaşması çərçivəsində Ermənistan ötən ilin sonlarında Rusiya ilə üç müqavilə bağlamışdı, amma müqavilələrin detalları açıqlanmamışdı. Müqavilələrin ümumi dəyəri 100 milyon dollardan çoxdur, qalan hissəsi Ermənistan büdcəsi tərəfindən maliyyələşdirilir.


 

"Tor M2”müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə, təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Kompleksin buraxılış qurğusunda 16 döyüş raketi olur. "Tor M2” kompleksinin əsas vəzifəsi quru qoşunlarını döyüş əməliyyatları zamanı havadan müdafiə etmək, komanda məntəqələrini, mühüm infrastruktur obyektlərini qorumaqdır.

Ötən il Rusiya Ermənistana "Verba” daşınan zenit-raket komplekslərinin böyük partiyasını çatdırmışdı və hesab edilir ki, məqsəd Yerevanın hava hücumlarından eşalonlaşdırılmış müdafiəsini təşkil etməklə Azərbaycanın havada üstünlüyünü neytrallaşdırmaqdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300