Seriala görə iki ölkə arasında münasibətlər gərginləşdi

 

Sudan Misirə nota verib.

 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Misirin bəzi televiziyalarında yayımlanan bir serialda Sudanın pis göstərilməsi olub.

 

Sudan XİN-in sözçüsü Qariballah əl-Hadır bu barədə yazılı açıqlama verib.

 

"Misirdə yayımlanan bəzi kanallarında nümayiş etdirilən "Əbu Ömər əl-Misriyyə" adlı serialda Sudana gələn Misir vətəndaşları haqqında pis imic formalaşdırılır və terrorçu damğası vurulur", - açıqlamada qeyd olunur.

 

Sözçü bildirib ki, serialın bəzi səhnələrində Sudanın simvollarından istifadə olunub və buna görə rəsmi dairələrdən icazə alınmayıb.

 

Hadır sözügedən serialla bağlı may ayının 16-da Misirin Hartum şəhərindəki səfiri Usamə Şeltuta etiraz notası verildiyini sözlərinə əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300