Gürcüstanın Azərbaycana 8,5 milyon dollar borcu var » Ulu Yol Xəbər portalı

            Gürcüstanın Azərbaycana 8,5 milyon dollar borcu var   

 

Gürcüstanın Maliyyə Nazirliyi ölkənin cari ilin aprelin 30-na olan xarici dövlət borcunu açıqlayıb.

Gürcüstanın Azərbaycana olan xarici borcu mart ayı ilə müqayisədə dəyişməz qalaraq 8,495 mln. dollar təşkil edir.

Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 244,212 mln. dollardır. Bu məbləğin 5 mlrd. 157,928 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borclu olduğu ölkələr Almaniya (292,774 mln. dollar), Yaponiya (216,229 mln. dollar) və Fransadır (212,357 mln. dollar).

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu mart ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 16,281 mln., 68,159 mln. və 9,710 mln. dollar təşkil edib. (APA)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300