"Əbülfəz Elçibəy - 80" yazı müsabiqəsi elan olundu -ŞƏRTLƏR

 

"Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə "ELÇİBƏY-80” yazı müsabiqəsi elan edir. Musavat.com xəbər verir ki, müsabiqədə istənilən şəxs iştirak edə bilər.

Müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilməlidir. Elektron portallarda, saytlarda və ya qəzetdə sonluğunda "Yazı "Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir”, qeydi ilə birlikdə çap edilmiş və ya sayta yerləşdirilmiş yazılar daha sonra münsiflər heyətinə təqdim edilməli və ya elchibey80@gmail.com elektron ünvanına göndərilməlidir.

Müsabiqə 15 iyun 2018-ci ildə başa çatır. Mükafatlandırılma mərasimi 20 iyun 2018-ci il tarixə nəzərdə tutulur.

Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu:

1 1-ci yer üçün 1 500 manat
1 2-ci yer üçün 1 000 manat
1 3-cü yer üçün 5 00 manat
10 həvəsləndirici yer üçün hərəyə 100 manat.

Yazı Müsabiqəsinin münsiflər heyəti:

1. Ədalət Tahirzadə
2. Sabir Rüstəmxanlı
3. Ramiz Rövşən
4. Rüstəm Behrudi
5. Mehriban Vəzir
6. Qulu Məhərrəmli
7. Rauf Arifoğlu
8. Mehman Əliyev
9. Əvəz Zeynallı
10. Cavid İsmayıl
11.Çingiz Özgür.

Əlaqə telefonları:070-342-13-50; 050-320-49-27

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300