Çalışın özünüzü sözlə deyil, əməllə bəzəyin!-Elmi-lədun

 

Ey dost! Könül bağında eşq gülündən başqa gül əkmə! Sevgi və şövq bülbülünün ətəyindən əl çəkmə. Yaxşı adamlarla dostluğu qənimət bil; yalandan ümid verən dostlardan əlini və ürəyini üz.

 

Ey dost! Həqiqəti sənə söyləyirəm: insanların ən pisi o kəsdir ki, çox mübahisə edər və özünü qarşısındakından üstün tutmaq istəyər.

Çalışın özünüzü sözlə deyil, əməl ilə bəzəyin.

Sülh dünyada nizamın yaradılması və Yer kürrəsində yaşayan hər kəsin barış məmnuniyyəti üçün bütün vasitələrdən ən böyüyüdür.

 

Dini savaşın mənbəyi dinlərin özlərində deyil. Əksinə, insanlığın laqeydliyindən, yanlış şərh (təfsir) verməkdən qaynaqlanır. Bu şərhlər inamı ağıldan, dini elmdən ayırmışdır.

İnsan oğlunu başqa canlılardan fərqləndirən qabiliyyətlər ruh kimi tanınan bir məhfumda toplanıb. Ağıl bunun mühüm xassəsidir. Bu bəxşişlər insanlığı sivilizasiyalar qurmağa və maddi cəhətdən çiçəklənməyə qabil etmişdir.

 

Din dünyada nizamın qurulması və Yer sakinlərinin əmin-amanlığı və məmnunluğu üçün ən böyük vasitədir. Əgər dinin çırağı sönərsə, qarışıqlıq və çaşqınlıq meydana çıxar, insaf, ədalət, sakitlik və sülh işıqları daha parlamaz.

Hazırda Yer sakinlərində müşahidə edilən mənəvi aşınma, əxlaqın pozulması, davranış normalarının tənəzzülü, insanlığın çökməsi... dini inancın azalması ilə əlaqəlidir. Bu səbəbdən insanın xasiyyəti pozğunlaşır, etibar sarsılır, intizamın ipi boşalır, vicdanın səsi susur, ədəb və həya hissi kütləşir, mənəvi borc, həmrəylik, qarşılıqlı yardımlaşma və sədaqət anlayışları təhrif olunur; dinclik, sevinc və ümid duyğuları tədricən sönür...

 

Əfsuslar olsun ki, bu gün mövcud ideologiyaların çoxu bəşəriyyətin birliyi konsepsiyasını qəbul etmək və xalqlar arasında sülhə gəlmək əvəzinə, dövləti ilahiləşdirməyə, bəşərin qalan hissəsini bir millətə, bir irqə və ya sinfə tabe etməyə, müzakirə və fikir mübadiləsini boğmağa və ya aclıq çəkən milyonları rəhmsizcəsinə bazar sisteminin ixtiyarına buraxmağa can atır. O bazar sistemi ki, bəşəriyyətin əsas hissəsinin vəziyyətini daha da ağırlaşdırdığı halda, cüzi bir hissəsinin harın, əcdadlarımızın xəyalına belə gəlməyən cah-cəlal içində yaşamasına imkan yaradır.

 

Nüvə silahının, zəhərli qazların və ya bakterioloji silahların istifadəsinin qadağan edilməsi müharibələri aradan qaldırmayacaq.

Ən fəlakətli və müqavimət göstərən bəlalardan biri olan irqçilik sülhün yolunda ən böyük maneədir. Bütün təzahürləri ilə irqçilik insan ləyaqətinin elə bir formada təhqiridir ki, heç bir bəhanə ilə ona bəraət qazandırmaq olmaz. Bu bəladan can qurtarmaq üçün bəşəriyyətin birliyi bütün dünyada etiraf olunmalı və bu, müvafiq qanunvericilik tədbirləri ilə möhkəmləndirilməli və dəstəklənməlidir.

 

Yoxsullar və zənginlər arasındakı hədsiz uçurum dünyanı son dərəcə qeyri-sabit bir vəziyyətdə, faktiki olaraq qarşıdurmanın astanasında saxlayır.

Sağlam və məntiqli vətənpərvərliklə heç bir əlaqəsi olmayan azğın millətçilik daha geniş bir bəşərə məhəbbət hissinə yol verməlidir. Yer kürəsi bir vətəndir, bütün insanlar isə, onun vətəndaşlarıdır. Dünyanın bütün insanlarına olan məhəbbət öz ölkəsinə olan sevgini istisna etmir.

 

Cəhalət - xalqların tənəzzülünün və çökməsinin, təəssübkeşliklərin əbədiləşməsinin ən əsas səbəbidir. Bütün vətəndaşlarına təhsildən faydalanmaq imkanı yaratmayan heç bir ölkə müvəffəqiyyət qazana bilməz.

Bəşəriyyətin birliyinin qəbul edilməsi bütün dünyanın bir ölkə, bütün bəşərin vahid evi olaraq yenidən təşkili və idarə olunması üçün ilk fundamental şərtdir.

 

Bu ruhani prinsipin bütün dünyada qəbul edilməsi dünyada sülhü qurmaq üçün edilən cəhdlərin uğur qazanması üçün çox vacibdir.

Yaradan bizim elə bir dünya cəmiyyəti qurmağımızı istəyir ki, orada bütün iqtisadi baryerlər həmişəlik ləğv edilsin və kapitalla əməyin qarşılıqlı asılılığı qəti şəkildə təsdiq olunsun. Bu cəmiyyətdə dini fanatizm və çəkişmələr həmişəlik susdurulsun və irqi ədavətin alovu birdəfəlik söndürülsün.

İnsan oğlu qısa bir zamanda belə bir nizamlı cəmiyyəti quracaq və bu cəmiyyət yetkinləşməkdə olan dövrün ən gözəl meyvəsi kimi qiymətləndiriləcəkdir.

 

O zaman gələcək ki, böyük insanların cahanşümul bir toplantısı zərurəti gerçəkləşəcəkdir. Yer üzünün hakimləri və kralları orada iştirak etməli və onun müzakirələrində iştirak edərək, elə yollar və vasitələr axtarmalıdırlar ki, bunlar bütün dünyada insanlar arasında ən böyük sülhün təməlini qoymağa imkan versin.

 

Əgər hər hansı dövlətə müharibəyə hazırlaşmaq imkanı verilsə və o, silahlı qüvvələrini artırmağa çalışsa, onda bu başqa dövlətlərdə şübhə və etibarsızlıq yaranmasına səbəb olacaq!

Bu təntənəli Paktın təməlində duran əsas prinsip elə müəyyən olunmalıdır ki, əgər hər hansı bir hökumət sonradan onun hər hansı bir şərtini pozarsa, yer üzündəki bütün hökumətlər qalxıb onu tam təslim etməlidirlər.

Bütün əlaclardan ən böyüyü olan bu vasitə dünyanın xəstə bədəninə tətbiq olunsa, o xəstəlikdən mütləq sağalacaq və əbədiyyətədək əmin-amanlıqda olacaqdır.

 

İxtilaf elə bir təhlükədir ki, dövlətlər və xalqlar daha buna dözə bilmirlər. Bunun nəticəsi o qədər dəhşətlidir ki, təsəvvür etmək belə mümkün deyil. O qədər açıq-aşkardır ki, heç bir dəlil-sübut istəmir. Bəşərin rifahına, dinclik və təhlükəsizliyinə onun birliyi bərqərar olmayınca, nail olmaq mümkün deyil.

 

Yetkinliyə çatmaqda olan dünya bu bütü tərk etməli, insanlar arasında olan münasibətlərin vahidliyini, bütövlüyünü etiraf etməli və həyatın bu təməl prinsipini ən yaxşı şəkildə təcəssüm etdirən mexanizmi birdəfəlik qurmalıdır.

Bütün insan varlıqları hər zaman inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar. Vəhşi heyvanlar kimi davranmaq insana yaraşmaz!

 

İnsana layiq olan məziyyətlər bütün insanlara münasibətdə etibar, dözümlülük, mərhəmət, şəfqət və xeyirxahlıqdır.

Biz bu inancı bir daha təsdiq edirik ki, insanın malik olduğu daxili imkanlar, onun mahiyyətinin fitri gözəlliyi Allahın bu vəd olunmuş günündə aşkara çıxacaqdır.

 

Elmi-lədun yolu ilə aldığımız bilgilər insanlara belə bir müjdə verir: önümüzdəki 1-2 il ərzində dünyada mənasız çəkişmələr, viranedici müharibələr sona yetəcək və ən böyük sülh gələcəkdir!

 

Paşa Yaqub,

Psixoloq, elmi-lədun bilicisi

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300