Alimlərdən ARAŞDIRMA - Oxuduqdan sonra mütləq çay içəcəksiz

 

Çay insanın zehnini aydınladaraq diqqətini toplamasına kömək etdiyi üçün alimlər çay içən insanların yaradıcı olduğunu deyir.

Yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyətinə təsir göstərmək gücünə malikdir.

Çinin Pekin Universitetindən olan bir qrup psixoloq aparılan tədqiqatları analzi edərək şərh verib. Onlar orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə maraqlı eksperiment aparıblar. Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.

Testin birinci mərhələsində tələbələrə kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmaq tapşırılıb. İkinci mərhələdə isə onlardan fantastik əriştə restoranına ad qoymaq tələb edilib.

Nəticələr isə eksperimentdə iştirak etməyən neytral tələbələr tərəfindən qiymətləndirilib. Orta hesabla testdən əvvəl çay içən tələbələrin yaradıclıq gücü reytinq cədbvəli üzrə 6,54 bal, su içənlərin isə 6,03 bal olaraq qeydə alınıb.

Restorana ad qoymaq tapşırığına görə isə çay içənlər 4,11, su içənlər isə 3,78 bal toplayıb.

Beləliklə nəticə olaraq çayın insan yaradıcılığına müsbət təsir etdiyi üzə çıxıb. Amma alimlər onu da əlavə edib ki, içilən çayın miqdarı az olduğu üçün nəticələrdə cüzi rəqəmlər rol oynayıb. (publika.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300