Deputat Elmira Axundovanın mandatdan məhrum edilməsi üçün prezident İlham Əliyevə müraciət qəbul olunub. Ziya Fərhad oğlu Vəliyev, Elvin Elşad oğlu Vəliyev, Fərman Xeyrulla oğlu Məmmədov, Sabir Fərhad oğlu Ağayev, Aybəniz Qüdrət qızı Abdullayeva, Ramin Elşad oğlu Vəliyev, Zeynəb Xeyrulla qızı Məmmədova, Fərhad Sabir oğlu Ağayev, Püstəxanım Rahib qızı Ağayeva, İradə Tanrıverdi qızı Hüseynova, Nailə Hikmət qızı Ağayeva, Afət Əsgər qızı Cavanşirova, Sona Fərhad qızı Vəliyeva, Rəşid Höcətulla oğlu Əmirov, Yaqut Əlisaab qızı Vəliyeva və Elşad Abdulhəmid oğlu Vəliyevin imzaladığı kollektiv müraciətdə deyilir:

"Möhtərəm prezident! Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Bildiririk ki, deputat Elmira Axundova Konstitusiyaya zidd olaraq kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 14.08.2015-ci il tarixli 25/24-01707 saylı məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanda inşa edilən qeyri-yaşayış obyektinin sifarişçisinin Elmira Hüseyn qızı Axundova olduğu müəyyən edilib. ƏMDK DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinin 17.10.2015-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu N. Yusifbəyli küçəsi 72 ünvanda inşa edilən qeyri-yaşayış obyektinin mülkiyyətçisi Elmira Axundovadır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 05.09.2015-ci il tarixli məktubuna əsasən, deputat Elmira Axundovanın adına 2006-cı il buraxılışlı Az 90 FN 684 dövlət nömrə nişanlı ”Hyundai Sonata" minik avtomobili, 2012-ci il buraxılışlı Az 10 LS 050 dövlət nömrə nişanlı "Audi Q7" minik avtomobili, 2015-ci il buraxılışlı Az 90 HH 111 dövlət nömrə nişanlı ”Toyota Prado" minik avtomobilinin olduğu müəyyən edilib. Hesab edirik ki, həmin avtomobilləri sahibkarlıq fəaliyyətindən qazandığı vəsait hesabına əldə edib. Eyni zamanda "Abşeron” MTK-nın 03.02.2016-cı il tarixli məktubuna əsasən, "Port Baku Residence” yaşayış kompleksində 1109 B saylı mənzil Elmira Axundovaya məxsusdur. Göstərilənləri nəzərə alaraq Elmira Axundovanın əməlinə hüquqi qiymət verib onun Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin deputatı mandatından məhrum edilməsi barədə qərar qəbul edilməsi üçün müvafiq qaydada tədbirlər görülməsini kollektiv şəkildə Sizdən xahiş edirik".

"Yeni Müsavat”ın əməkdaşı qəbul olunmuş müraciətlə bağlı deputatın münasibətini öyrənməyə çalışıb. Lakin deputatın telefonu qapalı olduğundan cəhdimiz baş tutmayıb. Bununla belə, müraciətə deputatın da münasibətini dərc etməyə hazırıq.
Qeyd edək ki, deputatın oğlu Həbib Axundovun adı 7-8 milyonluq dələduzluq qalmaqalına qarışıb. Prezidentə kollektiv müraciət qəbul edən vətəndaşların əksəriyyəti həmin iş üzrə zərərçəkənlərdir. Bu məsələ qalxandan sonra H.Axundov FHN-dən işdən çıxarılıb. Dələduzluq faktı ortada olsa da, istintaq yerində sayır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300