Lenin Bakını yandırmağı əmr edibmiş - Detallar » Ulu Yol Xəbər portalı

                      Lenin Bakını yandırmağı əmr edibmiş - Detallar

 

Dilavər Əzimli: "Məktubda ”naməlum" kimi qeyd olunan şəxs Şaumyandır"

Beynəlxalq Terrora qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Rövşən Vəlizadə arxivlərdə araşdırma apararkən SSRİ-nin banisi V.İ.Leninin naməlum bir şəxslə yazışmasını üzə çıxarıb. Onun Azərtac-a təqdim etdiyi sənəddən belə məlum olur ki, bolşeviklərin lideri ermənilərlə əlbir olub Bakının neft mədənlərini yandırmaq planı hazırlayıb.

Mövzunun aktuallığını nəzərə alaraq yazışmanı olduğu kimi təqdim edirik:

- Şəxsiyyəti müəyyən edilməyənlə yazışma

5 iyun, 1918-ci il

Şəxsiyyəti müəyyən edilməyənin qeydi:

- Məsələ təcilidir - Ter-Qabrielyan gözləyir, onu isə qatar gözləyir.

V.İ.Leninin qeydi:

- Necə? O hələ getməyib?

Mən artıq ona bir vəsiqə imzaladım.

Siz Terə bir daha çatdıra bilərsinizmi ki, o, hücum vaxtı Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın.

Fond 2, siyahı 1,

qovluq 27142

- avtoqraflar.

S.M.Ter-Qabrielyan təyin edilən gün getmədi, çünki Dövlət Bankında pulu ala bilməmişdi. 1918-ci il iyunun 5-də Xalq Təsərrüfatı Ali Sovetinin sədri A.İ.Rıkov bu barədə Xalq Komissarları Sovetində məlumat verdi və qərar layihəsini təqdim etdi:"Səhər saat 10-dan gec olmayaraq Dövlət Bankının Moskva İdarəsinə göndərilsin”

Lenin bakını yandırmaq ile ilgili görsel sonucu

 

(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi (RÜXİDNİ), fond 19, siyahı 1, qovluq 132, vərəq 5).

Beləliklə, Ter-Qabrielyan pulu yalnız iyunun 6-da səhər ala bilər və sonra Moskvadan çıxa bilərdi. V.İ.Lenin növbəti qərarı imzaladı: "Xalq Komissarları Soveti qərara aldı: Dövlət Bankının Moskva Kontoruna Ter-Qabrielyana nağd olaraq 50 milyon (50 000 000) rubl verilməsi tapşırılsın, onun iyirmi beş milyonu (25 000 000) 250 rubldan az olmayan xırda əskinaslarla verilsin. Bu məbləğ Xalq Təsərrüfatı Ali Sovetinin yanacaq şöbəsinin hesabına aid edilsin.

5 iyun 1918-ci il

Ä°lgili resim

 

Xalq Komissarları Sovetinin sədri V.Ulyanov (Lenin)"

(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi, fond 2, siyahı 1, qovluq 6212).

Ter-Qabrielyana belə bir vəsiqə verildi: "Onu təqdim edənlərə - Xalq Təsərrüfatı Ali Soveti yanında Baş Neft Komitəsinin üzvü Saak Mirzoyeviç Ter-Qabrielyan və Mərkəzi Hərbi-Texniki İdarənin komissarı Aleksandr Aleksandroviç Kvyatkovski neft və onun məhsullarının su və dəmir yolu nəqliyyatı ilə Bakı, Qroznı, Yekaterinodar, Novorossiysk şəhərlərindən və Embinsk rayonundan Xalq Təsərrüfatı Ali Soveti yanında Baş Neft Komitəsinin və onun nefti yerlərdə bölüşdürən agentlərinin müəyyən etdiyi yerlərə göndərilməsini təşkil etmək və işə rəhbərlik etmək üçün Rusiya Sovet Federativ Respublikası Xalq Komissarları Soveti tərəfindən səlahiyyətləndirilib.

Bu nəzərə alınaraq, sovet orqanlarına və sərəncamında qüvvə və vasitələr olan idarələrin üzərinə Ter-Qabrielyanın və Kvyatkovskinin onlara verəcəyi tapşırıqları icra etmək, bu şəxslərə tam və hərtərəfli kömək göstərmək, maye yanacağın təyinat yerinə dərhal çatdırılması ilə bağlı məsələlərdə onların göstərişlərini rəhbər tutmaq öhdəliyi qoyulur".

Qeyd edək ki, strateji əhəmiyyətinə, yerləşdiyi mövqeyə, sahib olduğu zəngin neft yataqlarına görə Bakı tarix boyunca dəfələrlə bu cür təhlükələrlə üz-üzə qalıb.

Leninin bu niyyətini Bakıda həyata keçirmək istəyən erməninin kim ola biləcəyi yönündə mövqelər fərqlidir. Bu yazışmanın doğruluğu da suallar doğurur. Çünki həmin zaman sovet Rusiyasına ən çox Bakının nefti lazım idi, məhz bunun üçün Azərbaycanın işğal planı hazırlanırdı.

Dilavər Əzimli ile ilgili görsel sonucu

 

Tarixçi-alim Dilavər Əzimli belə bir planın Lenin tərəfindən hazırlandığını təsdiqlədi:"Bu yeni fakt deyil. Tarix İnstitutunun araşdırmalarında bu gedib. Söhbət burada Bakını əldə etmək üçün Stepan Şaumyana verdiyi göstərişlərdən gedir. Həmin göstərişlərdə Bakının mütləq ələ keçirilməsi niyyəti var idi. Onlar hesab edirdilər ki, paytaxtımız onlarda olmadan heç nəyə nail ola bilməzlər. Çünki Bakı nefti mühüm əhəmiyyət kəsb edirdi. O zaman bütün texnika neftimizlə işləyirdi. Bakı nefti dövlət, var deməkdir. Hətta Lenin göstəriş vermişdi ki, sizə qarşı çıxanları güllələyin. Ona görə də ələ keçirilmədiyi müddətdə Bakıda neft müəssisələrinin partladılması haqqında göstəriş vermişdi. Burada da həmin planı həyata keçirmək istəyənlərin başında birmənalı şəkildə Şaumyan dayanırdı. Bakı Sovetində olanlar bu plandan xəbərdar idilər. Yazışmalarda naməlum kimi qeyd olunan şəxs Şaumyandır. Bunu əminliklə söyləmək olar. Çünki o zaman Leninin Bakıdakı planlarını o həyata keçirirdi. Ona xüsusi səlahiyyət verilmişdi. Lenin Şaumyana çox inanırdı. O yaxşı bilirdi ki, Şaumyan bu məsələləri ustalıqla həyata keçirməyi bacarır. Çünki o erməni qatillərinə rəhbərlik edirdi. Özü də qatı erməni millətçisi idi. Ümid edirdilər ki, erməni dövləti quracaqlar, Lenin də onların niyyətini həyata keçirəcək, yəni dövlətin yaradılmasına kömək edəcək. Bu mənada Azərbaycandakı əməliyyatları Lenin daha çox Şaumyan vasitəsilə aparırdı. Bakının hər zaman xüsusi rolu olub. İkinci dünya müharibəsi zamanı da bu belə olub. Bu müharibədə almanların əsas diqqət yetirdikləri Bakı nefti idi. Bunun üçün də Bakını ələ keçirməyə can atırdılar. Əgər şəhəri ələ keçirsələr, paytaxtımızın almanlar tərəfindən partladılması da baş verə bilərdi. Əlin Bakı neftinə çatmırsa, demək onu partladıb məhv etməlisən. Bununla gələcəkdə qurulacaq dövlətin iqtisadi bazasını dağıdırsan. O zaman Azərbaycan dünya neftinin 50%-dən çoxunu verirdi. Buna sahib olmaq diktə etmək demək idi. Əgər yandırılma olsaydı, uzun müddət orada yanğın olacaqdı. Bunun da hansı nəticələrinin olacağını söyləmək çox çətindir”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300