Rusiyanı nə gözləyir –oliqarxlar kapitalını xaricə daşıyır » Ulu Yol Xəbər portalı

        Rusiyanı nə gözləyir –oliqarxlar kapitalını xaricə daşıyır"

Rusiya sanksiyalar tətbiq ediləndən bəri ofşor zonalarda 84 milyard dollar itirib”

Qərbin Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsi, yanvar ayında 114 rusiyalı siyasətçinin, 96 oliqarxın, aprel ayının əvvəlində isə daha 38 rusiyalı biznesmeni, rəsmi şəxsləri və şirkətləri sanksiya siyahısına daxil etməsi bu ölkədən kapital axınını sürətləndirib. Bir sıra iş adamları, böyük kapitala malik şəxslər, şirkətlər daşınmaz əmlaklarını satır və əllərində olan vəsaitləri Avropa ölkələrinə köçürürlər.

Bu barədə "Yeni Müsavat” danışan politoloq Qabil Hüseynli bildirdi ki, bu günlərdə rus mediasının yaydığı informasiyaya görə, Rusiya sanksiyalar tətbiq ediləndən bəri ofşor zonalarda 84 milyard dollar itirib. Bütün bunların hamısı sanksiyalardan sonra baş verən proseslərdir. Ya əmlak müsadirə olunub, yaxud da maliyyə vəsaitlərinin yolunda ciddi əngəllər yaradılıb. Bu sanksiyalar Rusiyanın başında bir kabus kimi dolanmaqdadır. Daha uzağı düşünənlər öz kapitallarını ölkədən çıxarmağa çalışır:"Çünki indi aparılıb Avropa ölkələrinə yatırılan vəsait 20 milyon dollardan çox olanda istənilən Avropa dövlətində həm təminatlı mal-mülk, həm də vətəndaşlıq almaq olur. Bu nöqteyi-nəzərdən Rusiyadan iş adamlarının öz vəsaitlərini çıxarması prosesi başlayıb. Adamlar başa düşürlər ki, Rusiyada inflyasiya, biznesin çökməsi prosesi sürətlənəndə əllərində olan vəsaitlər ya tamam yoxa çıxa bilər, ya da kəskin azala bilər. Ona görə də zəngin adamların ölkədən köçü prosesi başlayıb. Gedənlərin çoxu üzünü Almaniyaya, Fransaya, Skandinaviya ölkələrinə çevirir. Səudiyyə Ərəbistanına da vəsaitlərini köçürənlər var. Bu ölkələrə rusiyalı iş adamlarının apardığı investisiya onlara həmin ölkələrdə hər cür imkanlar yaradılmasında öz rolunu oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyada o qədər xoşagələn proses başlamayıb”.

russia sanctions ile ilgili görsel sonucu

 

Bəs bu tendensiya Rusiya üçün nə vəd edir. Politoloq qeyd etdi ki, kommersiya strukturlarının geriləməsi və iş adamlarının öz kapitallarını ölkədən çıxarması Rusiyanın gələcəyini təhdid edən faktorlardan birinə çevrilir. Kapitalını Rusiyadan çıxaranların 90 faizi ABŞ-ın bu yaxınlarda açıqladığı qara siyahıda adı olmayanlardır. Onlar nə qədər ki, adları növbəti siyahıya daxil edilməyib Rusiyadan çıxmağa çalışırlar:"Həmin iş adamlarında belə bir fikir hakimdir ki, bundan sonra vəsaitlərini Rusiyadan çıxarıb Avropada yerləşən adamlara toxunulmayacaq. Qərb atdığı bir sıra addımlarla Rusiyadan böyük investisiya axınını şirnikləndirir. Proses həm də ölkədə inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur. İstehsalda da durğunluq var, hətta bir azalmağa doğru gedir. Rusiya üç ildir ümummilli məhsulun miqdarını artıra bilmir. Bunun nəticəsidir ki, ölkədə staqumasiya prosesi, depressiya prosesi başlayıb. Doğrudur, çox zaman bu vəziyyəti rəsmi təbliğatla ört-basdır eləməyə çalışırlar və vəziyyəti olduğu kimi deyil, əksinə söyləyirlər, amma reallıq göz önündədir. Bir sözlə, gedən proseslər Rusiya üçün ağır nəticələr doğura bilər. Rusiyanın indiki dövrü onun prezidenti və xalqı üçün ciddi sınaqlar vəd edir.

russia sanctions ile ilgili görsel sonucu

 

Qərb Rusiya ilə bağlı mövqeyində ardıcıldır, israrlıdır, həm Putinin hakimiyyətini laxlatmağa, həm də Rusiyanı öz sərhədləri içərisində çıxılmaz problemlərlə üz-üzə qoymağa çalışır. Məqsədləri Rusiyanı çökdürüb başqalarının işinə qarışmayan regional bir dövlətə çevirməkdir. Bir sözlə, Rusiya üçün qarşıda çox ciddi sınaqlarla müşayiət olunacaq illər gözlənilir".

Bəs, bu vəziyyətdən çıxmaq imkanları qalırmı?

russia sanctions ile ilgili görsel sonucu

 

Politoloq vurğuladı ki, vəziyyət tamamilə çıxılmaz da deyil, prezident Vladimir Putin bu prosesin qarşısını ala bilər:"Bunun üçün birincisi, Rusiya xarici siyasətdə müdaxilə ambisiyalarından əl çəkməlidir, super dövlət olmaq arzularından kənar durmalıdır, əsas diqqəti daxili bazara, daxili istehsala yönəltməlidir, qonşularla, Qərblə normal münasibətlər qurmalıdır, davakar siyasətdən əl çəkməlidir, sürətlə silahlanmaya tormoz verməlidir, ölkədə rüşvət və korrupsiyanın qarşısı alınmalıdır. Bütün bu və digər addımlar atılsa, Rusiyanı arzuolunmaz gələcəkdən xilas etmək, Rusiyanı iqtisadi cəhətdən cəlbedici ölkəyə çevirmək mümkündür”.

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300