"Beşiktaş"dan bəyanat:"Fənərbaxça" ilə oyuna çıxmayacaqlar

 

"Beşiktaş” Türkiyə kubokunun yarımfinal mərhələsinin "Fənərbaxça” ilə cavab oyununa çıxmayacağı haqda bəyanat yayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasının qalmaqallı matç haqda qərarına etiraz olaraq bu addımı atıb.

"Beşiktaş"ın bəyanatında deyilir: "Hər zaman əməyi, hörməti və alın tərini ifadə edən 115 illik tariximiz ilə "Beşiktaş”lılıq duruşu sərgiləyərək hüquqa zidd verilən bu qərara münasibətimimizi görətəririk. Tək yolumuz mayın 3-də keçiriləcək oyuna çıxmamaqdır.

Bu qərarımızın böyük"Beşiktaş” azarkeşlərinin səsinin də eşitdirilməsi baxımından ən ləyaqətli addım olacağına inanırıq".

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasıİstanbul derbisinin təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməsi haqda qərar verib.

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300