Mitinq, küçə yürüşləri və digər aksiyalara görə qadağaları pozanlara yeni cəzalar tətbiq olunur » Ulu Yol Xəbər portalı

       Mitinq, küçə yürüşləri və digər aksiyalara görə qadağaları pozanlara yeni cəzalar tətbiq olunur

 

Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub.

Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur.

Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq. (APA)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300